2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiyanın satlıq silahı qalmayıb?

Hindistan hərbi hava qüvvələri bildirir ki, Rusiya Ukraynadakı müharibəyə görə silah satışı üzrə öhdəliklərini yerinə yetirə bilmir.

Saytların yığılması Saytlarin yigilmasi

Reuters agentliyi yazır ki, Delhi Moskvanın Ukraynaya hərbi müdaxiləsi başlanandan bəri Rusiyanın Hindistan ordusu üçün həyati əhəmiyyəti olan hərbi texnikanı çatdıra bilməyəcəyindən narahat idi.

İndi isə Hindistan hərbi hava qüvvələrinin bəyanatı bunun rəsmi təsdiqi olub.

Hindistan HHQ-nin bu bəyanatı ölkə parlamentinin müvafiq komitəsinə təqdim olunub.

HHQ-nin nümayəndəsi parlament komitəsinə deyib ki, Rusiyadan Hindistan üçün nəzərdə tutulmuş “böyük hərbi paket” bu il çatdırılmayacaq.

Rusiyanın Hindistandakı səfirliyi bildirib ki, bu informasiyanı nə təsdiq, nə də təkzib edə bilmir.

Rusiyanın silah ixracını həyata keçirən Rosoboronexport dövlət agentliyi də hələ ki, bu sorğuya cavab verməyib.

Reuters yazır ki, Hindistan tərəfinin bəyanatında gözlənilən “paketin” məhz hansı silah və texnikadan ibarət olduğu bildirilmir.

Məlum olan budur ki, Hindistan 2018-ci ildə Rusiyadan 5.4 milyard dollara S-400 Triumf hava hücumundan müdafiə (HHM) sistemləri alıb.

Bu sistemlərdən üçü artıq çatdırılıb, ikisi isə çatdırılma prosesindədir.

Reuters yazır ki, Hindistan HHQ habelə Rusiyanın Su-30MKI və MiG-29 qırıcılarından istifadə edir və bunlar üçün ehtiyat hissələrini də Rusiyadan alır.

Rusiya, ondan əvvəl isə Sovet İttifaqı onilliklər ərzində Hindistanın əsas silah və hərbi texnika təchizatçısı olub.

Hindistanın 2017-ci ildən bəri silah idxalına xərclədiyi 18.3 milyard dolların 8.5 milyard dolları Rusiyanın payına düşür.

Bu da qeyd olunur ki, Hindistan son iki onillikdə Moskvadan silah asılılığını azaltmağa çalışır və nəzərlərini Qərbə – Fransaya, ABŞ-a və İsrailə çevirir.

Bundan başqa Hindistan başqa qlobal istehsalçılarla birlikdə özünün yerli hərbi sənaye kompleksini inkişaf etdirmək istəyir.

Hindistan HHQ habelə parlamentə bildirib ki, Rusiya-Ukrayna müharibəsinə görə özünün modernləşdirmə xərclərini təxminən 30 faiz ixtisar etməli olub.

Hindistanın hərbi hava qüvvələri 2022-2023-cü maliyyə ili üçün 10.38 milyard dollar xərclənməsini nəzərdə tutmuşdu.

Bunun 7.15 milyard dolları ixtisar olunub.

24 saat” “
Rusiyanın satlıq silahı qalmayıb?
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button