SEÇMƏ

Rusiyanın “Su-27” qırıcısı Qara dənizdə ABŞ-ın “MQ-9”-u ilə toqquşub

Yayımlandı: 14 Mart 2023 22:28

ABŞ-ın pilotsuz uçuş aparatının suya düşdüyü bildirilir

Martın 14-də Qara dəniz üzərində Rusiyanın iki “Su-27” qırıcısından birinin ABŞ-ın “MQ-9” pilotsuz uçuş aparatı ilə toqquşması nəticəsində ikinci beynəlxalq sulara düşüb.

Bildirilir ki, səhər saatlarında “Su-27”lərdən biri “MQ-9 Reaper” dronuna çırpılıb.

Məlumat ABŞ-ın Avropadakı qüvvələrinin komandanlığının bəyanatında əks olunub.

Bu gün Rusiyanın iki Su-27 təyyarəsi Qara dəniz üzərində beynəlxalq hava məkanında olan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9 kəşfiyyat, müşahidə və kəşfiyyat xarakterli pilotsuz uçuş aparatını təhlükəli və qeyri-peşəkar şəkildə ələ keçirib”, – məlumatda belə deyilir.

“Toqquşmadan əvvəl bir neçə dəfə Su-27-lər MQ-9-a yanacaq tökərək onun qarşısında ehtiyatsız, ekoloji cəhətdən təhlükəli və qeyri-peşəkar şəkildə uçublar. Bu hadisə təkcə səriştəsizlik deyil, həm də təhlükə və qeyri-peşəkarlıq nümayiş etdirir”, – deyə bəyanatda qeyd edilir.

ABŞ komandanlığı bildirir ki, MQ-9 beynəlxalq hava məkanında adi əməliyyatlar həyata keçirərkən Rusiya təyyarəsi tərəfindən tutularaq vurulub:

“Bu isə MQ-9-un qəzaya uğramasına və tamamilə itməsinə səbəb olub”.

“Əslində, rusların bu təhlükəli və qeyri-peşəkar hərəkəti az qala hər iki təyyarənin qəzaya uğramasına səbəb olub. ABŞ və Alyansın təyyarələri beynəlxalq hava məkanında fəaliyyətini davam etdirəcək və biz rusları peşəkar və təhlükəsiz davranmağa çağırırıq”, – ABŞ Hərbi Hava Qüvvələrinin generalı James B. Hecker bildirib.

Meydan TV

Gözdən qaçırmayın:  Qərbin Rusiya və İran neftinə sanksiyaları iki qitədə fərqli nəticələr doğurub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button