2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Rusiyanın su qiymətinə satılan nefti – Hələlik satılan…

Dünya bazarında Texasın xam neftinin 1 barreli 104,53 dollara, Britaniyanın “Brent” xam neftinin 1 barreli 106,84 dollara, Azərbaycanın “Azərilayt” (Azeri Light) xam neftinin 1 barreli 112,03 dollara satılıdığı halda Rusiyanın ESPO xam neftinin 1 barreli 74,46 dollara satılıb. İyulun 1-ə olan fyuçers müqavilələrində iyul ayı üçün London birjasında “Brent” xam neftinin 1 barrelinin qiyməti 106,62 dollara göstərildiyi halda Rusiyanın “Lukoyl” şirkəti ilə xam neftin 1 barrelinin qiyməti 4600 rubl və ya bugünkü kursla 68,85 dollar müəyyənləşdirilib.

Bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın artan müharibə xərcləri və cari məsrəfləri müqabilində neft-qaz gəlirləri də gözlənildiyindən aşağıdır. Belə ki, Rusiyanın Maliyyə Nazirliyinin may üçün neft-qaz gəlirlərindən əlavə 414 milyard rubl daxil olacağını proqnozlaşdırmasına baxmayaraq, mart ayında həmin mənbədən büdcəyə 300 milyard rubldan az vəsait daxil olub, bu göstərici aprel ayında da gözlənildiyindən 133,1 mlrd. rubl az olub:

Saytların yığılması Saytlarin yigilmasi

“Neftin dünya bazar qiymətinin 100 dolları ötməsi fonunda əlavə neft gəlirlərində müşahidə olunan azalmanın səbəbini Rusiya Maliyyə Nazirliyi izah etməsə də, məlumdur ki, belə vəziyyət satışların azalması və qiymət fərqi ilə əlaqədadır. Belə ki, Maliyyə Nazirliyinin əvvəllər dərc etdiyi məlumatlardan məlum olur ki, aprel ayında Rusiyanın “Urals” neftinin qiyməti “Brent” markalı neftin qiymətindən təxminən 33 faiz aşağı olub.

Beləliklə də ötən ay üzrə Rusiyanın federal büdcəsinin gəlirlərininin formalaşmasında proqnozdan kənarlaşma rekord 302 milyard rubl təşkil edib. Maliyyə Nazirliyi bunu böhrandan əvvəlki proqnozla müqayisədə qaz ixracının aşağı düşməsi, habelə ƏDV rejimi üzrə mədaxilin aşağı dinamikası ilə əlaqələndirib.

Bəziləri deyirdi ki, sanksiyaların Rusiya iqtisadiyyatına təsirləri böyük deyil. Hələ bu başlangıcdır. Rusiya düşdüyü bataqlıqdan hələ onillərlə çıxa bilməyəcək. Hər şey heç də göründüyü kimi yaxşı və sadə deyildir”.

24 saat” “Rusiyanın su qiymətinə satılan nefti – Hələlik satılan…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button