2022-12-17 08:00:09
Prezident Rəcəb Tayyib Ərdoğanın “Tezliklə Türkiyə-Rusiya-Suriyanın iştirakı ilə üçlü liderlər zirvəsi təşkil oluna bilər” açıqlamasına Rusiyadan dəstək bəyanatı gəlib.
DƏMƏŞK İLƏ ƏLAQƏDƏYİK
Rusiya xarici işlər nazirinin müavini və prezident Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov “Ankaradan gələn bəyanatı müsbət hal kimi qiymətləndiririk. Rusiya olaraq Dəməşq administrasiyası ilə əlaqə saxlayırıq ki, üçtərəfli sammit keçirilə bilsin. “Rusiya həmişə regionumuzdakı qonşularımız arasında yaxşı münasibətlərin tərəfdarı olub.
Ötən həftə Türkiyəyə səfər edən Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin də Rusiya televiziyasına açıqlamalar verib, “Suriyadakı inkişaflar hər zaman diqqətimizdədir. Xüsusilə Türkiyə-Suriya sərhədində yeni bir qarşıdurmanın yaşanmaması üçün səy göstəririk. Bölgədə təhlükəli eskalasiyanın qarşısı alınacağını düşünürük. Mövcud problemlərin Suriyanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll ediləcəyini düşünürük”, – deyə o bildirib.
Tərcümə“24 SAAT”
You must log in to post a comment.