2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 104-cü günü: yenilənən xəbərlər

Əsir düşən ukraynalı hərbçilərin ümumi sayı 6489 nəfərə çatıb.

Bunu iyunun 7-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Xüsusi hərbi əməliyyatın aralıq nəticələri barədə danışan Şoyqu bildirib ki, beş gün ərzində Ukrayna Silahlı Qüvvələrinin 126 hərbçisi təslim olub, onların ümumi sayı 6489 nəfərdir.

Podolyak: “Elə edəcəyik ki, ehtiyatları tükənsin”

Ukrayna Prezident Ofisinin sözçüsü Mixaylo Podolyak ukraynalılara müraciət edərək cəbhədəki hadisələri şərh edib.

O, ələ keçirilən hər bir yaşayış məntəqəsinin yenidən Ukraynaya məxsus olacağına inandırıb.

Xüsusilə, Podolyak ukraynalıları bəzi yaşayış məntəqəsinin ruslar tərəfindən tutulması xəbərindən qorxmamağa çağırıb.

Onun sözlərinə görə, döyüş əməliyyatları zamanı bunun qarşısını almaq mümkün deyil, taktiki manevrlər davam edir.

“Təbii ki, müharibə çox intensiv gedir. Amma elə etməliyik ki, müvəqqəti olaraq verdiyimiz, sonra da geri aldığımız hər bir kənd öz əlimizdən qalsın. Ruslara hər hansı kənd böyük qanla verildi ki, onlar çox şey itirsinlər. Biz onları elə vəziyyətə salmalıyıq ki, ehtiyatları və resursları tükənsin”, – Podolyak belə deyib.

O, bütün işğal olunmuş ərazilərin Ukraynanın nəzarəti altına qayıdacağına əmin edib: “Lakin bunun üçün müəyyən vaxt və vəsait tələb olunur”.

“Hazırda cəbhədə peşəkarlar işləyir. Biz isə silah və Rusiyanı bitirməli olan sanksiyaları gözləyirik. Bundan sonra mütləq hər şeyi geri qaytaracağıq. Artıq 2015-ci ildə etdiyimiz yolu bitirə bilmərik. Fərqli şəkildə bitirəcəyik”, – deyə o fikrini bildirib.

Rusiya Donetskə 21 zərbə endirib

Rusiya ordusu Donetsk vilayətinə gün ərzində 21 zərbə endirib.

Ölənlər arasında arasında uşaqların olduğu deyilir.

Bu barədə yerli polis “Telegram” kanalında məlumat yayıb.

“İşğalçılar 15 yaşayış məntəqəsini atəşə tutublar. Ölənlər və yaralananlar arasında uşaqlar, mülki şəxslər var”, – deyə polis yazıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button