2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 113-ci günü: yenilənən xəbərlər

İyunun 16-da səhər Almaniya, İtaliya və Fransa dövlət başçıları Ukrayna paytaxtına gəliblər.

Almaniya Kansleri Olaf Şolz, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir sıra mühüm məsələləri müzakirə etməyi planlaşdırırlar.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Ranews.it” məlumat yayıb.

“Onların səfərinin əsas məqsədi Ukraynaya dəstək göstərməkdir. İkinci məqsəd Rusiya Prezidenti Vladimir Putinə siqnaldır. Heç də həmişə milli maraqlar müxtəlif nüanslarla üst-üstə düşməyə bilər. Ancaq Avropa İttifaqının vəhdəti şübhə doğurmur. Üçüncü məqsəd İtaliya, Fransa və Almaniyanın müttəfiqlərinə, ilk növbədə ABŞ-a öz strateji muxtariyyətinə və Avropanı daha da böyük inteqrasiyaya doğru aparmağa hazır olduunu göstərməkdir”, – deyə nəşr bildirib.

Mayın 13-də Fransa Prezidenti E.Makron Putinin simasını xilas etmək üçün Ukraynanın müstəqilliyindən güzəşrə getməyi təklif etmişdi.

Ardınca V.Zelenski Makrona xəbərdarlıq etdi ki, belə “siyasi rəqslərə” ehtiyac yoxdur: “Ukrayna öz ərazisi olaraq hazırda su ilə təmin etdiyi Donbas vilayətinin “muxtariyyəti” müzakirə mövzusu belə ola bilməz. Bu bizim dövlətin ərazisidir və biz onu müdafiə etmək uğrunda mübarizə aparırıq”.

Zelenski ABŞ-dan 1 milyard dollar yardım istəyib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Cozef Baydenlə telefon danışığında ABŞ-ın əlavə 1 milyard dollarlıq yardım paketi verməsinin vacibliyini bildirib.

Bu barədə Ukrayna Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“ABŞ-ın təhlükəsizlik dəstəyi misilsizdir. Bu, bizi rus təcavüzkarı üzərində ümumi qələbəyə yaxınlaşdırır”, – deyə Zelenski vurğulayıb.

“ABŞ-ın təhlükəsizlik dəstəyi misilsizdir. Bu, bizi rus təcavüzkarı üzərində ümumi qələbəyə yaxınlaşdırır”, – deyə Zelenski vurğulayıb.

O, Baydenə Ukraynaya beynəlxalq dəstək siyasətini səfərbər etdiyinə görə təşəkkür edib.

Prezidentlər Ukraynaya gələcək iqtisadi və humanitar dəstəyin vacibliyini müzakirə ediblər.

“Biz həmçinin Ukraynanın ABŞ-dan əhəmiyyətli maliyyə və makroiqtisadi dəstəyini yüksək qiymətləndiririk. Bu, bizə bu müharibədə sağ qalmağa kömək edir”, – deyə Ukrayna dövlət başçısı bildirib.

Ukrayna Prezidenti əhaliyə humanitar yardım üçün 225 milyon dollar ayrılması qərarına görə təşəkkür edib.

İyunun 15-də ABŞ Prezidenti Co Bayden Ukraynaya daha bir milyard dollarlıq hərbi yardım paketinin ayrıldığını açıqlayıb.

Yardım paketinə MLRS idarə olunan raketləri, 18 M777 haubitsa və onlar üçün 36 000 mərmi, sahil təhlükəsizliyi üçün iki əlavə Harpoon gəmi əleyhinə sistem, minlərlə qorunan radio və gecə görmə cihazları və digər optik cihazlar daxildir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button