Loading...
Loading...
SEÇMƏ

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 90-cı günü: yenilənən xəbərlər

Rusiya Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı mülki əhalinin ola biləcəyi mülki infrastruktura zərbələr endirmir”.

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurasının iclasında deyib.

“Biz Ukrayna ordusundan fərqli olaraq, mülki əhalinin yerləşdiyi infrastruktura zərbələr endirmirik. Əksinə, düşmənin müəyyən edilmiş atəş mövqeləri və hərbi obyektləri dəqiq silahlarla vurulur”, – deyə Şoyqu bildirib.

Nazir vurğulayıb ki, sakinlərin mühasirəyə alınmış yaşayış məntəqələrindən çıxışı üçün sükut rejimi elan edilir:

“Humanitar dəhlizlər yaradılır ki, bu da hücumun sürətini ləngidir. Lakin bu, mülki əhalinin tələfatının qarşısını almaq üçün edilir”.

Aleksandr Juravlyov: “Mülki əhali vurulur, çoxsaylı yaralı və ölü var”

Rusiya ordusu Donetsk vilayətinin Liman şəhərini atəş altında saxlayır, ölən və çoxlu sayda yerli mülki yaralanan var. Hələlik evakuasiya etmək mümkün deyil”.

Bu açıqlamanı Liman meri Aleksandr Juravlyov səsləndirib.

Onun sözlərinə görə, hazırda şəhərdə çox çətin vəziyyət hökm sürür:

“Həm cənub, həm də şimal hissələrinə mərmilər atılır. Mülki əhalidən çox sayda yaralı, ölənlər də var. Eyni zamanda, çoxlu evlər, kommunikasiyalar dağıldılıb. Mənim hesablamalarıma görə, indi şəhərdə 7-8 minə yaxın insan qalıb. Şəhəri tərk etmək istəyənlər var, lakin şəhərin intensiv atəşə tutulması səbəbindən insanları evakuasiya etmək mümkün deyil”.

Peskov: “Boris Bondarev bizimlə deyil, bizə qarşıdır

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov BMT-dəki rusiyalı diplomat Boris Bondarevin istefasını belə şərh edib: “O bizimlə deyil, bizə qarşıdır”.

Rusiyanın BMT-nin Cenevrədə yerləşən ofisindəki müşaviri Boris Bondarev mayın 23-də istefa verib.

Diplomat istefasının səbəbi kimi Rusiyanın Ukraynaya qarşı başlatdığı savaşı göstərib.

17 il Cenevrədə çalışan Boris Bondarev yaydığı müraciətdə bildirib ki, Ukraynada gedən döyüşlərə görə ölkəsindən utanır.

D.Peskovun sözlərinə görə, Bondarev Rusiya rəhbərliyinin hərəkətlərini pisləyən mövqeyə malikdir.

Meydan TV

Gözdən qaçırmayın:  Qarabağ əlili: “Mən dövlətdən pulsuz səhiyyə xidməti görməmişəm”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button