2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 126-cı günü: yenilənən xəbərlər

Yayımlandı: 29 İyun 2022 12:13

Rusiya ABŞ-ı oyun qaydalarını pozmaqda günahlandırır

ABŞ-ın iyunun 28-də Rusiyaya qarşı növbəti sanksiya siyahısı iqtisadiyyatın bütün sahələrində mövcud oyun qaydalarını pozur.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov yeni anti-Rusiya sanksiyalar paketi ilə bağlı sualları cavablandırarkən deyib.

Səfirin sözlərinə görə, ABŞ və onun Rusiya ilə müttəfiqləri arasında iqtisadi əlaqələrin kəsilməsi dünya iqtisadiyyatında mövcud böhran hadisələrini son həddə çatdırıb.

“Hər yerdə işgüzar fəallığın azalması, nəqliyyat və logistika zəncirlərinin dağıdılması, investisiya axınının səngiməsi, əmək bazarında problemlər, biznesin və əhalinin real gəlirlərinin azalması müşahidə olunur”, – deyə Antonov bildirib.

Anatoli Antonov. Mənbə: “themoscowtimes.com”

Səfir vurğulayıb ki, ABŞ-ın özü də Rusiya əleyhinə qadağalardan əziyyət çəkir: “Burada istehlak qiymətlərinin artması son 40 ildə antirekord vurub”.

Dünən ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı məhdudiyyətləri genişləndirib.

Sanksiya siyahısına 50-dən çox şəxs, o cümlədən 110-dan çox şirkət daxil edilib.

Bundan əlavə, Vaşinqton Rusiyadan qızıl idxalına qadağa qoyub.

Eyni zamanda, ABŞ Ticarət Nazirliyi Rusiya, Çin, Avropa və Asiyanın bir sıra ölkələrindən 36 təşkilatı qara siyahıya salıb.


Rusiya Nikolayev şəhərinə 8 raket atıb, ölənlər var

İyunun 29-u səhər saatlarında Rusiya ordusu Nikolayev şəhərinə səkkiz raket atıb.

Raketlərin birinin düşdüyü binanın dağıntıları altından bir nəfər sağ qalıb.

Mənbə: Telegram

Bu barədə şəhər administrasiyasının rəhbəri Vitali Kim “Telegram” kanalında yazıb.

Vitali Kim 3 nəfərin həlak olduğunu, 5 nəfərin yaralandığını bildirib.

O, bir xilasedicinin də yaralandığını qeyd edib.


Yens Stoltenberq: “Baltik regionunda vəziyyəti kökündən dəyişəcək”

“Rusiya Prezidenti Vladimir Putin indi Rusiya ilə sərhəddə daha çox NATO olacaq və bu ölkələrin alyansa daxil olması Baltik regionunda vəziyyəti kökündən dəyişəcək”.

Bu açıqlamanı NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 28-də Türkiyənin İsveç və Finlandiya barədə qərarından sonra səsləndirib.

Onun sözlərinə görə, imzalanmış memorandum Türkiyənin narahatlığına, o cümlədən silah ixracı və terrorla mübarizə məsələlərinə cavab verir.

Yens Stoltenberq, Mənbə: NATO

“Müttəfiqlərimiz arasında terror, o cümlədən kürd separatçılarının hücumlarından ən çox zərər çəkən Türkiyə olub”, – alyansın baş katibi belə deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ofisi bildirib ki, İsveç və Finlandiya onların NATO-ya daxil olmasına razılıq vermək üçün istədiyi addımları atıb.

Dünən imzalanan sənədə əsasən, Finlandiya və İsveç terrorizmdə ittiham olunan şəxslərin ekstradisiyası üçün Türkiyə ilə işləməyə hazırdır.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button