2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 131-ci günü: yenilənən xəbərlər

Yayımlandı: 4 İyul 2022 14:02

Xarkov vilayəti raket zərbəsinə məruz qalıb, ölənlər var

İyulun 4-də səhər saatlarında Rusiya ordusunun raket zərbəsi nəticəsində Xarkov vilayətində 3 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatı Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinegubov “Teleqram” kanalında paylaşıb.

Foto: Telegram

O, səhər saat 4-də Xarkovun Şevçenkovski rayonuna raket hücumu həyata keçirildiyini bildirib.

“Zərbə ümumtəhsil məktəbini dağıdıb, hazırda xilasedicilər dağıntıları təmizləyir. Yaxşı ki, gimnaziyada heç kim olmayıb”, – Sinegubov belə yazıb.


Ukrayna Rusiyadan atəşkəs üçün kompensasiya tələb edir

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixailo Podolyak müharibə zamanı Ukraynaya dəyən ziyana görə Rusiyadan kompensasiya tələb edib.

Bu barədə Mixailo Podolyak “Twitter” səhifəsində yazıb.

“Kiyev tərəfindən atəşkəs üçün bir sıra şərtlər yerinə yetirilməlidir”, – deyə Podolyak bildirib.

Mixail Podolyak. Foto: https://www.perild.com/

“Onu sözlərinə görə, Rusiyadan Ukrayna ərazisində hərbi əməliyyatları dərhal dayandırmaq, həmçinin “oğurlanmış vətəndaşları” geri qaytarmaq tələb olunur: “Bundan əlavə, Rusiya tərəfi hərbi cinayətkarları ekstradisiya etməli və təzminat mexanizmini yaratmalıdır”.

Podolyak həmçinin Ukraynanın suverenliyinin tanınmasını və ölkəyə dəyən zərərin ödənilməsini tələb edib.


Britaniya kəşfiyyatı: “Rusiyanın məqsədi Donetsk vilayətinin ələ keçirməkdir”

Rusiya qoşunları Luqansk vilayətinin Lisiçansk şəhərini işğal edəndən sonra, çox güman ki, Donetskdə nəzarəti ələ keçirmək üçün əraziyə yeni qüvvələr gətirəcəklər.

Bu barədə Britaniya kəşfiyyatının gündəlik hesabatında deyilir.

“Şəhər Luqansk vilayətinin Ukraynanın nəzarəti altında qalan sonuncu böyük yaşayış məntəqəsi idi. İndi Rusiyanın diqqəti, demək olar ki, Donetsk vilayətinin ələ keçirilməsinə yönələcək”, – deyə hesabatda qeyd olunub.

ABŞ, Rusiya, Ukrayna və Böyük Britaniya. Foto: Zwiebackesser/shutterstock

Hesabatda həmçinin Rusiyanın işğalının Ukraynanın kənd təsərrüfatı sektoruna dağıdıcı təsir göstərdiyi vurğulanıb:

“Müharibə Ukrayna fermerlərinin asılı olduğu toxum və gübrə tədarükü zəncirlərini ciddi şəkildə pozub. Rusiyanın Odessanı blokadaya alması Ukraynadan taxıl ixracını ciddi şəkildə məhdudlaşdırmaqda davam edir. Bunun üçün 2022-ci ildə Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracı çətin ki, 2021-ci ilin ümumi həcminin 35%-dən çox olsun”.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.



Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button