Loading...
Loading...
Xəbərlər

Rusiyanın Ukraynaya qarşı addımları BMT-nin üzvü olan bütün ölkələrə təsir edir – ABŞ

Vaşinqton/25.01.22 Bazar ertəsi ABŞ bəyan edib ki, Ukrayna ilə bağlı Rusiyaya qarşı sanksiyaları “cəzalandırıcı olacaq”, amma “sanksiya faktı özü qabaqlayıcı olacaq”, bu barədə ABŞ-ın BMT-dəki nümayəndəsi bildirib.

Bayden Administrasiyası etiraf edir ki, Rusiya Ukraynanı işğal etməyə hazırlaşır və Vaşinqtonu ən çox narahat edən sanksiyaları indi, ya işğaldan sonra tətbiq edəcəyi məsələsidir.  

Dövlət Departamentinin Xarici Mətbuat Mərkəzinin brifinqində çıxış edən ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild Vaşinqtonun Moskva və NATO üzrə müttəfiqləri ilə intensiv danışıqlar apardığını bildirib.

“Rusiyanın Ukraynaya qarşı addımları təkcə regional məsələ deyil. Onlar BMT üzvü olan bütün dövlətlərə təsir edir və Rusiya beynəlxalq sistemin ortaq dəyərlərinə və prinsiplərinə meydan oxusa, biz birgə hərəkət etməyə hazır olmalıyıq”, deyə səfir bildirib.

“Biz Rusiya-Ukrayna sərhədi boyunca 127 000 hərbi qulluqçu yerləşdirildiyini görürük. Rusların Belarusa qoşun yeritdiyini gördük. Bu fakt bizi reaksiya verməyə məcbur edib”, deyə o bildirib.

Ruslar “artıq dezinformasiya yaymaqla və təbliğatla məşğul olur və Ukraynanı və Ukraynanın hökumət məmurlarını təcavüzkar, Rusiyanı isə qurban kimi qələmə verməyə çalışır”.

Turan-ın ABŞ və ya BMT-nin postsovet ölkələri arasında Ukraynaya dəstəyi birləşdirmək iqtidarında olub-olmadığı haqqında sualına cavabda Tomas-Qrinfild deyib ki, NATO ölkələri “öz regional tərəfdaşlarını ciddi şəkildə dəstəkləyir”.

“Biz NATO ilə, Avropalı həmkarlarımız və digər region ölkələri ilə onların təhlükəsizlik problemlərinin həlli üçün lazım olan dəstəyi göstərmək, həmçinin Ukraynanı dəstəkləmək üçün müntəzəm olaraq məsləhətləşirik”, deyə səfir qeyd edib. -25B-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button