2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiyanın xarici işlər nazirinin müavini Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılmasının mümkünlüyünü rədd edib

İrakli Kobaxidzenin rəhbərliyilə Gürcüstanın hazırkı hökuməti öz vətəndaşlarını Rusiya ilə barışın vacibliyinə inandıraraq bildirib ki, Moskva Abxaziya və Cənubi Osetiyanı Gürcüstana qaytarmağa hazırdır.

İyunun 17-də Rusiyanın xarici işlər nazirinin müavini Mixail Galuzin “Komsomolskaya pravda”ya müsahibəsində sözügedən bəyanatı şərh edərkən bunun mümkünlüyünü təkzib edib.

“Hesab edirəm ki, Suxumi və Tsxinvalidə bu fikirlərə reaksiyanın izaha ehtiyacı yoxdur.  Hələ 2008-ci ildə, Saakaşvili rejimi bu respublikalardan birini güc yoluyla Gürcüstanın tərkibinə qaytarmağa çalışdıqdan və analoji hərəkətlərlə digərini hədələdikdən sonra Abxaziya və Cənubi Osetiya  öz suveren seçimlərini ediblər”, – o deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Abxaziya və Cənubi Osetiyanın dinc yolla, “reinteqrasiya” proqramları ilə “qayıtmasına” gəlincə, abxazlar və cənubi osetinlər dəfələrlə Gürcüstanın yurisdiksiyasına qayıtmaq cəhdlərinə mənfi münasibət bildiriblər.

Moskva həmçinin hesab edir ki, Tbilisi Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımalı, sərhədləri çəkməli və güc tətbiq etməmək barədə müqavilə imzalamalıdır, Qaluzin belə düşünür.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button