2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Rusiyaya bağlı vebsaytlar koronavirus dezinformasiyası ‘yayır’


 

Rusiya ABŞ-ın koronavirus pandemiyası ilə mübarizəsini yanlış qələmə verməkdən ötrü xəstəlik haqda dezinformasiya yayır. ABŞ rəsmiləri bunun üç ingilisdilli vebsayt vasitəsilə gerçəkləşdirildiyini müəyyənləşdiriblər.

Rəsmilərin iyulun 28-də “The Associated Press” agentliyinə bildirməsinə görə, bu fəaliyyət Rusiyanın kəşfiyyat xidmətlərinə bağlıdır. Onlar ABŞ və Qərb izləyicilərini hədəfə alan dezinformasiya fəaliyyəti üçün məsuliyyət daşıyan iki rusiyalını da müəyyənləşdiriblər. Onlar Rusiyanın GRU hərbi kəşfiyyatında aparıcı vəzifə daşıyırlar.

Saytların yığılması Saytlarin yigilmasi

Agentlik rəsmilərin ictimai açıqlama vermək səlahiyyəti olmadığından anonim danışdığını yazır.

İndiyədək ABŞ rəsmiləri pandemiya ilə bağlı dezinformasiyanın yayılmasından danışıblar. “AP”yə danışanlar Rusiyada qeydiyyatdan keçmiş InfoRos informasiya agentliyinin işlətdiyi InfoRos.ru, Infobrics.org və OneWorld.press vebsaytlarını göstəriblər.

 

Həyəcan təbili

Mayın sonundan iyulun əvvəlinədək vebsaytlar pandemiyayla bağlı 150-dək məqalə dərc ediblər. Bu məqalələrdə ya Rusiya müsbət qələmə verilir, ya da Birləşmiş Ştatlar gözdən salınır, rəsmilərdən biri deyib.

Məqalələrdə Rusiyanın pandemiya ilə mübarizədə Birləşmiş Ştatlara ciddi yardım etdiyi vurğulanır, koronavirusun bioloji silah olmasıyla bağlı Çinin şübhələri önə çəkilir. Saytlar ABŞ-ın bir sıra şəhərlərində irqi ədalətsizlik və cinayətkarlıqdan da yazıblar.

Bu açıqlama ABŞ-da noyabr prezident seçkisindən öncə dezinformasiyanın yayılması sarıdan narahatlığın gücləndiyi bir dönəmdə ortaya çıxır. ABŞ siyasətçiləri dəfələrlə Rusiyanın seçkilərə müdaxilə edə biləcəyilə bağlı xəbərdarlıq ediblər. ABŞ kəşfiyyat icması və konqres komitələri 2016-cı ildə Rusiyanın Donald Trump-ın namizədliyini dəstəkləməkdən ötrü gizli sosial media kampaniyası aparması qənaətinə gəliblər.

Rəsmilərin sözlərinə görə, vebsaytlar haqda ona görə danışırlar ki, həyəcan təbili çalınsın, bu saytlarla Rusiya kəşfiyyatı arasında açıq əlaqə ortaya qoyulsun.

InfoRos-da aparıcı rolları olan, daha öncə GRU-da işləmiş şəxslərin Denis Valeryevich Tyurin və Aleksandr Gennadyevich Starunskiy olduqları bildirilir. Onların GRU-da işlədiyi şöbə isə hərbi psixoloji kəşfiyyat üzrə ixtisaslaşıb və rəsmilərin deməsinə görə, indi də orada dərin əlaqələri var.

 

Qaranlıq boz zona…

“AP” InfoRos-dən şərh almaq istəsə də, buna dərhal müvəffəq olmayıb.

InfoRos Facebook səhifəsində özünü belə təqdim edir: “İnformasiya agentliyi: dünya Rusiyanın gözüylə”.

InfoRos və OneWorld daha öncə Avropada gündəmə gəlmişdi. Ötən ay Brüsseldə mənzillənən AB DisinfoLab (AB Dezinformasiya Laboratoriyası) InfoRos və One World-un Rusiya hərbi kəşfiyyatı ilə əlaqələrini öyrənib.

“InfoRos daimi informasiya fəaliyyətinin daha ziddiyyətli fəaliyyətlə qarışdığı qaranlıq boz zonada yerləşir, bu fəaliyyətin Rusiyanın dövlət informasiya əməliyyatlarına bağlı olması tamamilə mümkündür”, – hesabatda vurğulanırdı.

“The Washington Post” qəzeti də InfoRos-un GRU ilə bağlılığından yazmışdı.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button