2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiyaya daha bir zərbə: maliyyə ehtiyatlarının üçdə ikisini itirdi

Avropa İttifaqı və tərəfdaşları Rusiya Mərkəzi Bankının aktivlərini “iflic etmək” qərarı veriblər. “Bu, ölkənin tranzaksiyalarını (köçürmələrini) dayandıracaq və onu pullarından istifadə imkanından məhrum edəcək”, – Avropa Komissiyasının rəhbəri Ursula for der Leyendeyib. “Rusiyanın maliyyə ehtiyatlarının yarıya qədəri dərhal dondurulacaq, çünki onlar G7 ölkələrinin banklarındadır. Bu tədbir bütünlüklə Rusiyanın maliyyə sisteminə ciddi təsir göstərəcək” – Avropa İttifaqı diplomatiyasının başçısı Josep Borrel isə əlavə edib.

2022-ci ilin fevral ayının əvvəlində Rusiya Mərkəzi Bankının qızıl-valyuta ehtiyatları 630 mlrd dollar təşkil edib. Rezervlərin strukturu belədir: 468 mlrd dollar – xarici valyutada; 132 mlrd dollar – qızılda, təxminən 30 mlrd dollar rublda saxlanılır.  

“Məhz xarici valyutada saxlanan 468 mlrd dolların nəhəng hissəsi “həbs” altına alınır, – Avropa İttifaqının qərarını iqtisadi məsələlər üzrə ekspert Eldar Əliyev şərh edir. – Hətta “çin payı”nı, yəni ehtiyatların qızıl və rublla təkcə Rusiyada olan hissəsini deyil, həm də yuanla Çində saxlanılan 14%-ni nəzərə alsaq, görərik ki, indi Moskvanın əlində bütün sərvətinin 35%-i qalır. Yalnız üçdə biri. Rusiya iqtisadiyyatı buna sadəcə tab gətirməyəcək. Biz onu da hesaba almalıyıq ki, belə böyük maliyyə sanksiyaları təkcə dövlətin aktivlərinə deyil, ayrı-ayrı rus oliqarxlarının vəsaitlərinə də tətbiq edilib. Onlardan da istifadə imkanları məhdudlaşdırılıb”, – deyə ekspert bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

24 saat

 

24 saat” “Rusiyaya daha bir zərbə: maliyyə ehtiyatlarının üçdə ikisini itirdi” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button