2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiyaya neft embarqoları nəticəni dəyişirmi?

Natiq Cəfərli: “Çıxış yolu neftin qiymətinin ucuzlaşmasındadır”

Avropa İttifaqı Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq 6-cı sanksiya paketini qəbul edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əvvəlki sanksiyalar rusiyalı iş adamları, oliqarxların və bu ölkənin vəzifəli şəxslərinin xaricdəki bank hesablarının bloklanması, Rusiyanın bank sektoruna məhdudiyyətlər və yaxtaların üzərinə həbs qoyulması təşkil edirdi.

İndiki sanksiyalar isə Rusiya neftinə qismən embarqo da nəzərdə tutub.

Yeni sanksiyalara Rusiyanın Sberbank Bankının SWIFT ödəniş sistemindən çıxarılacağı da daxildir.

Bundan başqa, Avropa İttifaqı Rusiyanın fiziki və hüquqi şəxslərindən ibarət siyahını bir qədər də genişləndirib.

Sanksiyalar həmçinin Rusiya Prezidenti Vladimir Putinə bağlı olduğu hesab edilən superyaxtaları, yaxtasatan firmanı, Rusiyanın bir sıra hökumət rəsmilərini əhatə edir.

ABŞ Maliyyə Nazirliyi bildirir ki, sanksiyalardan məqsəd “Putin də daxil Rusiya elitasının pullarını gizlətmək üçün istifadə etdikləri şəbəkələri və onların dünya boyunca lüks aktivlərdən anonim istifadəsini” məhdudlaşdıracaq.

ABŞ-ın sanksiya siyahısına Putinin ofşor sərvətinin “baxıcısı” hesab edilən dirijor və skripkaçı Sergey Rolduginin, habelə onun arvadı – opera müğənnisi Yelena Mirtovanın adları salınıb.

Roldugin Putinlə yaxınlığına görə artıq bundan əvvəl Avropa İttifaqının, Britaniyanın, Avstraliyanın və Yeni Zelandiyanın sanksiya siyahılarına daxil edilib.

ABŞ Maliyyə Nazirliyi bildirir ki, yeni sanksiyalar ABŞ Dövlət Departamentinin beş oliqarxı və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanı hədəfləyən sanksiyaları ilə tandemdə elan olunur.

İqtisadçı Natiq Cəfərli deyir ki, Rusiya 2021-ci ildə hər gün ortalama 4,8 mln. barel neft ixrac edib. Bunun 2,3 mln. barelı Avropaya satılıb. Ötən il Rusiyanın sırf Avropa satdığı neftdən gələn gəliri 57 mlrd. 132 mln. dollar olub.

İqtisadçı düşünür ki, Aİ ölkələri bu ilin sonuna qədər Rusiyadan neft alışını yarıbayarı azaldacaq, amma bu Rusiyanın neftdən gələn gəlirlərinin azalması demək deyil:

“Qısa və primitiv hesablama: 2021-сi ildə Rusiya neftinin Urals markasının illik orta qiyməti 69,1 dollar olub, həmin il Avropaya günlük ortalama 2,3 mln. barel neft satıb, gəliri 57,135 mlrd. olub. 2022-ci ilin ilk 5 ayında dünya bazarında neftin ortalama qiyməti 105 dollar civarındadır. Bu gün qiymət 123 dollar olub, Rusiyaya tətbiq edilən embarqoya görə, 2022-ci ilin ortalama qiymətinin 115 dollar olacağı proqnoz edilir.

Tutaq ki, Avropa bu il Rusiyadan neft alışını günlük 2,3 mln. bareldən 1,3 mln. barelə saldı. Yenə də nəticədə Rusiya bu il Avropaya satdığı neftdən 53 mlrd. 820 mln. dollar gəlir əldə edəcək. Yaxşı, nə dəyişdi ki?!”

Natiq Cəfərli deyir ki, çıxış yolu neftin qiymətinin ucuzlaşmasındadır: “Hətta 2 gün öncə keçmiş ABŞ Prezidenti Trump da çıxışında dedi ki, Ukraynada müharibənin bitməsini istəyirsinizsə, neftin qiymətini 30-40 dollar edin. Tam doğru təsbitdir! Neftin bahalaşması ilə Putinin (Rusiyanın) aqressivləşməsi arasında birbaşa asılılıq, korelyasiya var. Bu, 2008-ci il Gürcüstan, 2014-cü il Krım hadisələri zamanı da aydın görünürdü”.

İqtisadçı bildirir ki, yeni enerji keçidinin lobbistləri baha neftdə maraqlıdır. Baha neft alternativ enerjiyə yatırımları stimullaşdırır.

Neft ucuz olsa, heç bir biznes məntiqi maya dəyəri baha olan alternativ enerjiyə yatırım etməz: “Məhz buna görə neft hələ bir neçə il baha olmalıdır ki, bu sahəyə yatırımlar artsın. Baha neft isə enerji resursları ilə qidalanan ölkələrin daha da avtoritarlaşmasına səbəb olur”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button