2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaGündəm

Rusiyaya qarşı böyük plan işə düşür

Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel Sergey Skripal hadisəsi ilə əlaqədar Rusiyaya qarşı sərt addımların anonsunu veriblər.

E. Makron Brüsseldə A. Merkel ilə görüşündə Rusiyaya qarşı sərt və əlaqələndirilmiş addımlar atmağa hazır olduğunu bildirib.
O qeyd edib ki, Britaniyanın Solsberi şəhərində baş vermiş hadisə bütün Avropanın təhlükəsizliyi üçün təhdiddir: “Bu, Avropa İttifaqı və onun üzvləri tərəfindən qətiyyətli, əlaqələndirilmiş cavab tələb edir. Bir neçə ölkə, o cümlədən Fransa və Almaniya tezliklə koordinasiya olunmuş qərar qəbul edəcəklər”. APA Reuters-ə istinadən xəbər verir ki, A. Merkel də Rusiyaya qarşı ittihamlara qoşulub. Onun sözlərinə görə, bu ittihamların möhkəm əsası var. Kansler Rusiyaya qarşı mümkün addımları Fransa ilə müzakirə etdikdən sonra icra etməyə başlayacaqlarını söyləyib.

Qeyd edək ki, Aİ Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Xatırladaq ki, Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində – Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücuma cavab addımı olaraq 23 rusiyalı diplomatın ölkədən çıxarılmasına dair qərar verib.

Saytların yığılması Saytlarin yigilmasi

Londonun qərarına cavab olaraq Moskva da analoji addım atıb.

24saat.org

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button