Now Reading:
Rusiyaya yeni dopinq iddiaları

2014-cü ildə Soçi Qış Olimpiadasında onlarla rusiyalı atlet, eləcə də, azı 15 qızıl medalçı dopinqdən istifadə edib. Bu barədə mayın 12-də ABŞ-ın “The New York Times” qəzeti Rusiyanın antidopinq laboratoriyasının o vaxtkı direktoru Grigory Rodchenkov-a istinadla yazıb. O deyib ki, qadağan olunmuş maddələrin kokteylini hazırlayaraq atletlərə verirmiş. Onun sözlərinə görə, bu işlər “dövlətin idarə etdiyi dopinq proqramı” çərçivəsində görülüb.

Qəzet yazır ki, Rusiyanın antidopinq ekspertləri və kəşfiyyat xidməti üzvləri dopinqli sidik nümunələrini aylar öncə toplanmış təmiz nümunələrlə əvəzləyib. Hazırda Los Ancelesdə yaşayan Rodchenkov sözləyib ki, oyunların sonunadək 100-dək “çirkli” nümunə təmizləri ilə əvəzlənib.

Rusiyanın İdman naziri Vitaly Mutko iddiaları “cəfəngiyat” adlandırıb. Ümumdünya Beynəlxalq Olimpiya Komitəsinin sözçüsü isə iddiaların çox detallı və narahatedici olduğunu bildirib və Ümumdünya Antidopinq Agentliyini onları dərhal araşdırmağa çağırıb.

Noyabrda rusiyalı atletlərin dopinq qəbul etməsi barədə iddialar səslənəndən sonra onlar yarışlardan uzaqlaşdırılıblar.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.