Now Reading:
Rusiyayla bağlı yeni dopinq iddiaları

Rusiyayla bağlı yeni dopinq iddiaları

Rusiya atletlərinin dopinq qəbul etməsi barədə məlumatlar sızdıran Vitaly Stepanov-dan yeni xəbər var. Deyir ki, onda keçmiş rusiyalı rəsminin səsyazısı var. Rəsmi 2014-cü il Soçi Qış Olimpiadasında 4 rusiyalı qızıl medalçının qadağan olunmuş maddələr qəbul etməsini etiraf edir.

Stepanov mayın 8-də ABŞ-ın «60 dəqiqə» televiziya proqramına danışıb. Onun sözlərinə görə, Moskva anti-dopinq laboratoriyasının keçmiş rəhbəri Grigory Rodchenkov-un 15 saatlıq söhbətinin audio yazısı əlindədir.

Stepanov atletlərin adlarını çəkməyib. O, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Soçi Oyunlarında «dopinqə nəzarət əməkdaşları» kimi işlədiyini sözlərinə əlavə edib.

Ümumdünya Antidopinq Agentliyinin (WADA) sözçüsü Ben Nichols deyib ki, Stepanov-un müsahibəsi nəzərdən keçirilib və iddiaları «xeyli narahatedicidir».

Rusiya atletlərinə dopinq qalmaqalına görə qadağalar qoyulub. Moskva avqustda Yay Olimpiadasına qatılmaqdan ötrü çarpışır.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.