2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏSiyasət

“Ruslar zəmanət vermişdi ki, Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanda Qızıl Kürdüstan yaradacaqlar”

24saat.org professor, sabiq nazir Cümşüd Nuriyevlə müsahibəni təqdim edir:

 
– Cümşüd bəy, sizin 1992-ci ildə qeydə alınan video çıxışınız var. Həmin çıxışda iddia edirsiniz ki, sizdə dəqiq informasiya var ki, Şuşa işğal ediləcək. Bu məlumat sizdə haradan idi?
– Bu təzə məsələ deyil. 1992-ci il, mayın 5-də parlamentdə çıxışım zamanı demişəm. Mən aprel ayında Azərbaycanı tanıtdırmaq üçün İraqa məktub aparmışdım. Səddam Hüseynin qəbuluna getdik. Qəbulda Jrinovski, Primakov, Cəlal Tələbani, Bərzəni və digər şəxslər var idi. Səddamın köməkçisi məndən soruşdu ki, sizdə Şuşa, Laçın var. Mən də dedim var. Dedi ki, o ərazilər işğal ediləcək. Onlar ermənilərlə və ruslarla danışmışdılar, İranın da bu məsələdən xəbəri var idi. Azərbaycandan isə 3 nəfər gedərək Tələbani ilə görüşmüşdü. Azərbaycandan gedənlər kürdlərin nümayəndələri idi və mən onların kimliyini aça bilmədim. Guya bu rayonları verib həmin ərazilərdə Kürdüstan yaradacaqlarmış. Mən bu məsələni bildikdən sonra Bakıya gəldim, hətta Yaqub Məmmədovdan xahiş etdim ki, İrana səfər etməsin. Çünki İranın bundan məlumatı var idi. Yaqub Məmmədovdan əvvəl Ayaz Mütəllibov səhvə yol verdi, İrana səfər etdi və orada olduğu müddətdə Qaradağlı və digər kəndlər işğal olunmuşdu. Yaqub Məmmədov da getdi və nəticədə Şuşa işğal olundu. Həmin ərəfədə Rusiyanın bəzi media orqanı da xəbər yayırdı ki, bu ərazilər işğal ediləcək.

 
– Siz məlumatlı şəxs hesab edilirsiniz. Nədən ruslarla, kürdlərlə Azərbaycandan görüşə gedən həmin üç şəxsən birini belə tanımırsınız və ya müəyyən edə bilməmisiniz?
– Həmin şəxslərdən biri Vəkil Musayev adlı şəxs olub. Onlar gedib görüşmüşdülər. Guya ruslar bunlara zəmanət vermişdi ki, Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanın bir hissəsinin daxil olduğu yerdə Qızıl Kürdüstan yaradacaqlar. Əslində iyunun 11-də bunlar elan da verdi, amma ermənilər bunlara imkan vermədi. Odur ki, Vəkil Musayev və digər iki nəfər yoxa çıxdı. Onların üç nəfər olduğunu Səddam Hüseynin köməkçisi mənə demişdi. Dedi ki, burada olublar və Cəlal Tələbani ilə görüşüblər.

Saytların yığılması Saytlarin yigilmasi

 
– Vəkil Musayev kimdir ki?
– Vəkil Musayev Mirzə İbrahimovun aspirantı olub, elmlər namizədi idi. Bildiyim qədər yezidi kürdü idi və bu işlərə rəhbərlik edirdi. Hətta bir ara Goranboyu da qarışdırmaq istədilər. Səhv etmirəmsə Vəkil Musayevin ləqəbi “Musso” idi. Guya kürdlərin lideri idi.

 
– Hazırda musso ləqəbli Vəkil Musayev hardadır?
– Mən bilən Orta Asiyadadır. Səhv etmirəmsə Qazaxıstanda olmalıdır. O zaman bu məsələlər gündəmə gələndən sonra ona cinayət işi açmışdılar. Musso da Azərbaycandan qaçdı. Bildiyim qədər hələ də Azərbaycana gəlmir.

 
– Bu şəxs Azərbaycan vətəndaşıdır?

– Ermənistanda anadan olmuşdu, Bakıda aspiranturanı bitirib, elmlər namizədi oldu. Səhv etmirəmsə, sonra Azərbaycan vətəndaşlığını almışdı. Müsəlman kürdü idi.

 
– Yəni kürdlərin iddia məsələsi olub?
– O vaxt belə iddialar var idi. Ancaq sizə deyim ki, müsəlman kürdləri tamam başqa fəaliyyətlə məşğul idi. Laçında, Kəlbəcərdə, Şuşada və başqa rayonlarımızda olan müsəlman kürdlər onu dəstəkləmədi. Ermənilərə qarşı cəsarətlə vuruşanda həmin kürdlər idi. Bunu xüsusilə qeyd etmək lazımdır. Musso sadəcə Rusiyanın Yaroslova vilayətində olan PKK düşərgəsində olmuşdu. Onu da aldatmışdılar ki, guya belə proseslər gedəcək orada dövlət yaranacaq və s. Bu da eşqə düşmüşdü ki, belə vəziyyət olacaq və özü də prezident olacaq. Təxminən Əlikram Hümbətovun bir variantı idi. Reallıqda isə onu heç 100 nəfər kürd dəstəkləmirdi. Bunların arxasında duran da PKK-nın lideri idi. Bildiyiniz kimi Abdulla Öcalan əslində erməni və kürd qarışığı var. O təmiz kürd deyildi, erməni qarışığı da var. Bunu da, qızışdıranlar da onlar idi.

 
– Ancaq son zamanlar bizim cəmiyyətdə kimlərsə kimlərisə kürd olmaqda suçlayır. Bu nə oyundur?
– Mən Zərdüşt Əlizadə ilə razı deyiləm. Əvvəla, Zərdüşt Əlizadə Azərbaycanda yeni bir münaqişə ocağı yaratmaq istəyir. Çünki İsgəndər Həmidovun kürd olması ümumiyyətlə mümkünsüzdür. Əbülfəz Elçibəyin kürd olması haqda ümumiyyətlə məlumat yoxdur. Elçibəy təpədən dırnağa qədər türkçü idi. O, hətta başqa millətin nümayəndəsi olsaydı belə başımla cavab verərdim ki, sırf türkçüdür. İsa Qəmbərin də kürd olduğunu elan edib. Zərdüşt Əlizadə o adamları ləkələyir ki, onlar ermənilərə qarşı vuruşub. Bu həmin Zərdüşt Əlizadə idi ki, vaxtı ilə Əlikram Hümbətovun sağ əli idi, onu dəstəkləyirdi. Əlikram Hümbətovda gedib xaricdə oturub anti Azərbaycan işi aparır. Bizim hansı qarantiyamız var ki, bu saat Zərdüşt Əlizadə ilə Əlikram Hümbətovun əlaqəsi yoxdur və Zərdüşt bu fikirləri onun tapşırığı ilə gündəmə gətirmir? Bəyəm bu saat Azərbaycanın problemi Elçibəyin, İsgəndər Həmidovun və ya İsa Qəmbərin kürd olması məsələsidir? Xüsusilə ölmüş adam haqqında danışmaq etikaya ziddir. Mən Z. Əlizadədən belə bir şey gözləmirdim. Zərdüştün onsuz da mübahisəli imici var idi, bu mənasız fikirlər isə onu bir qədər də gözdən saldı. Belə bir savadlı adamın bu işə girişməsi çox təhlükəlidir. Çünki savadlı adam provokatora çevriləndə çox təhlükəli olur. Savadlı provokatorlar millət üçün həmişə böyük bəlalar gətirir. İkincisi də, mən kifayət qədər kürd tanıyıram ki, bizim Zərdüşt Əlizadə kimi türklərdən daha böyük türkdür. Talış tanıyıram daha böyük türkdür, Azərbaycan dövlətini və millətini Zərdüştdən çox sevir. Bu saat belə separatçı sözlərə ehtiyac yoxdur. Elə adam var ki, dədəsi və nənəsi türkdür, amma ermənidən də pisdir. Bu millətə bəlalar gətirən adamlardandır. İndi Zərdüşt bu yaşında nə demək, neyləmək istəyir, bilmirəm. Dövlətin və millətin indiki vaxtında belə məsələləri gündəmə gətirmək xəyanətdir. Fikrimcə, Cinayət Məcəlləsində bu kimi məsələlərə baxılmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button