24saat.org Rüstəm İbrahimbəyov: "Cəza maşınını dayandırın" - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Rüstəm İbrahimbəyov: “Cəza maşınını dayandırın”

“Ömrünü korrupsiya ilə mübarizəyə həsr edən cavan bir oğlanın cəzalandırılması yolverilməzdir”

“Əgər sənin gözlərinin qarşısında cavan bir oğlanı ölümə təhrik edirlərsə, bundan sonra necə yaşamaq olar?
Hər şey həmin cavan oğlanın sadəcə olaraq vicdanlı, şərəfli olmasına görə baş verir”. 24saat.org xəbər verir ki, dramaturq, yazıçı Rüstəm İbrahimbəyov Meydan TV-ə belə deyib. O, Mehman Hüseynova qarşı açılan cinayət işi və buna etiraz olaraq Mehman Hüseynovun aclıq aksiyasına başlamasına dair şərh verib.

Rüstəm İbrahimbəyov qeyd edib ki, əgər 80 yaşlı Əkrəm Əylisliyə qarşı sərsəm cinayət işi açılırsa, bu keçmişimizlə haqq-hesab çəkmək deməkdir, Mehman Hüseynovu ölməyə məcbur edəndə isə bu gələcəyimizin məhv edilməsidir.

“Artıq saatların söhbəti gedir və birazdan proses geri dönməyəcək bir hal alacaq. Mən Azərbaycan prezidentinə müraciət edirəm ki, cəza maşınını dayandırsın”.

Rüstəm İbrahimbəyov vurğulayıb ki, uşarlarımızın gələcəkdə normal həyat yaşamasını istəyiriksə, bu gün onların yaxşılarını məhv etməməliyik.

“Bir əsr əvvəl azadlıq və ədalətə doğru addım atmasıyla bütün Şərqə nümunə olan bir ölkədə müasir dövrdə ömrünü dövlətin əsaslarını dağıdan korrupsiya ilə mübarizəyə həsr edən cavan bir oğlanın cəzalandırılması yolverilməzdir”.

Hazırda məhbus həyatı yaşayan və azadlığına iki ay qalmış bloger Mehman Hüseynova qarşı yeni cinayət işi açılıb.

Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Yeni cinayət işinə etiraz əlaməti olaraq Mehman Hüseynov aclıq elan edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.