“Sülhməramlı” general Rüstəm Muradov da sanksiyalarına məruz qalıb
Avropa İttifaqı yeni sanksiya siyahısına yeni figurantlar daxil edib, siyahıya daha 26 fiziki şəxs və bir şirkət daxildir, onların arasında Rüstəm Muradov da var. Sənəd Aİ-nin rəsmi jurnalında dərc edilib, qərar qüvvəyə minib. Bu barədə RİA Novosti məlumat yayıb.
Siyahıda digər rəsmi şəxslər və hərbçilərlə birlikdə Rusiya ordusunun Cənub Hərbi Dairəsinin komandanının müavini Rüstəm Muradov da var.
Xatırladaq ki, R. Muradov Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı kimi ötən il sentyabrın 6-da öz missiyasını başa vurub. Muradov 2020-ci ilin payızında münaqişədən sonra Rusiya sülhməramlı kontingentinin komandiri təyin edilib. 2022-ci il yanvarın 11-dən Rusiya sülhməramlı kontingentinə general-mayor Andrey Volkov rəhbərlik edir.