2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏ

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sərdar Cəlaloğlu: “Onlar Azərbaycana ermənilərdən çox ziyan vurub”

ADP sədri Sərdar Cəlaloğlu 24saat.org-a açıqlamasında həm MTN və Beynəlxalq Bank, həm də “Rabitə işi” ilə bağlı maraqlı fikirlər səsləndirib. Hər üç iş üzrə milyardlarla manat vəsaitin talandığı faktının ictimaiyyətə bəlli olduğunu bildirən partiya sədri, dövlət büdcəsini talayan, Azərbaycan xalqının müqavimət gücünü azaldan məmurlarla ermənilər arasında fərq olmadığını vurğulayıb:

“Oğurluqla məşğul olan hər kəs cinayətkardır. Əgər həmin kresloda oturan adam siyasi adam olsa, başa düşər ki, dövlti bu cür məhv etmək, talan etmək olar. Behnəlxalq bankın rəhbəri başa düşərdi ki, milyardları oğurlamaq olmaz. Bu, onun dövltini, xalqını zəiflədir. Bu, xalqın müqavimət gücünü azaldır.

Saytların yığılması Saytlarin yigilmasi

Rabitə naziri professor adamdır, lakin onun rəhbərlik etdiyi qurumda da milyonlarla manat korrupsiyaya yol verildiyi ilə bağlı iddialar var. Bu adam abşa düşmür ki, o, fərd olaraq qazana bilər. Xaricdə villa ala bilər, bank hesabları aça bilər və s. Lakin mənsub olduğun millət və vətəndaşı olduğun dövlət zəifləyir və başqa dövlətlərin qarşsında zəif vəziyyətə düşür. Belə olanda səninlə erməniyə nə fərq olur? Erməni əraizlərimizi zəbt edərək bizə 11 milyarda qədər ziyan vurub. Elə nazir var ki, təkbaşına Azərbaycan dövlətinə 20 milyard məbləğində ziyan vurub. Indi baxın, erməni Azərbaycan üçün daha təhlükəlidir, yoxsa həmin nazir? Rüşvət və korrusiya ilə məşğul olan prokurorlar, icra başçıları, bələdiyyələr və s. də buna daxildir”.

Seymur Əliyev

24saat.org

 

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button