2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Rüşvət almayan başçı

Bakı/02.12.21 Həbsdə olan Gədəbəy rayonun sabiq icra başçısı Saleh Rüstəmov artıq 27-ci gündür aclıq aksiyasını keçirir.

Yaxınlarının sözlərinə görə, aksiyaya səbəb icrasına başlanan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən artıqdır həbsdə saxlanması və ailəsinin mülkünün müsadirəsi olub.

Dünən, dekabrın 1-də Saleh Rüstəmovu azadlığa buraxılması tələbi ilə şəhərin mərkəzində aksiya keçirilib. Ayrı-ayrı məlumatlara görə, aksiyada 50 nəfərə yaxın adam saxlanılıb. Bəzi aksiya iştirakçıları saxlanılma zamanı və polis bölmələrində fiziki təzyiqə məruz qaldıqlarını bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Artıq 27 gündür aclıq aksiyasını keçirən, yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan Saleh Rüstəmov kimdir?

Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy rayonunun icra başçısı vəzifəsində çalışıb. Daha sonra vəzifədən istefa verən S.Rüstəmov Rusiyaya köçüb.

1998-ci ildən Rusiyada yaşayan və Azərbaycana qohumların ziyarətinə gələn Saleh Rüstəmov 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. Daha sonra ittiham dəyişdirilib. İstintaqın versiyasına görə, Saleh Rüstəmov Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olub, gəlirlərini dövlətdən gizlədib və qanunsuz yollarla əldə etdiyi ümumilikdə 30 min dollar qazancını «Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmiş qurum» – Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) göndərib. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə S.Rüstəmov 7 il 3 ay azadlıqdan məhrum olunub.

Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmov deyir ki, qardaşı icra başçısı olana qədər belə dostlarla birlikdə Gədəbəydə ordunun təməlini qoymuşdu. «Ağdamda rusların hərbi bazası var idi. O vaxt fəal cəbhəçilər həmin bazanı rus hərbçilərinin əlindən almışdılar. Oradan biz yüz maşınlarla hərbi sursat gətirdik. O vaxtkı rayonun icra başçısı olan Qəmbər Qurbanov bizə bir dənə də maşın vermədi, amma biz maşınları aldıq və həmin sursatını daşıdıq. Müharibədə ona görə də heç bir əziyyət çəkmədik. Ümumiyyətlə, Gədəbəydə hərbi batalyonun yaranmasını o vaxt Saleh təşkil etdi».

O,qeyd edib ki, Saleh Rüstəmov icra başçısı olan dövrdə çox kasıb yaşayırdı. «Ondan əvvəl ailəmizin imkanı olub, ancaq Saleh vəzifəyə keçəndən sonra bizə ticarətlə məşğul olmağa qadağa qoyub. O dövrdə kasıb yaşayırdıq, amma fəxr edirdik ki, xalqın, dövlətin malına göz dikməmişik».

T.Rüstəmov deyir ki, qardaşı icra başçısı olanda heç bir hərbçi, şəhid ailəsi diqqətdən kənarda qalmırdı. «Biri Ağstafadan idi, biri Şəmkirdən idi, gəlib deyirdilər ki, filan problemim var, həmin gün onun problemi həll olunurdu. Rayonumuzun imkanı çatırdısa rayondan, çatmırdısa Saleh başqa rayon icra başçısına zəng vururdu, xahiş edirdi. Ona görə də əsgərdən tutmuş polkovnikə qədər hamı Salehə qardaş kimi baxırdı».

O, vurğulayıb ki, Saleh Rüstəmova qarşı maliyyə ittihamları absurddur. «Heç kəs rayonda deyə bilməz ki, Saleh rayonun icra başçısı olanda belə kimdənsə 1 manat rüşvət alıb. O, icra başçısı təyin olunanda özünə bir kostyum alıb. Bakıya gedəndə onu geyinərdi. Cəmi bir kostyumu var idi. Müharibə vaxtı şəhidlər, əsgərlər üçün İanə toplanırdı, hər gün sənədləşdirilirdi və sonra da sərəncamla paylanırdı. Sənədlər hələ də durur. Orada bir dənə də olsun qeyri-qanuni heç nə yox idi. Moskvada yaşayanda da kimə həkimə ehtiyacı var idi, orada qarşılayırdı, həkimə aparırdı. Hamıya kömək edirdi. İndi deyirlər ki, Əli Kərimliyə pul verirdi. Ona vermirdi, sadəcə onun vasitəsilə siyasi məhbuslara verirdi».

T.Rüstəmovun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı qardaşlarını, yaxın qohumlarını sərhəd kəndlərinə göndərirdi. «Deyirdi ki, siz orada olun, insanlar sizi orada görəndə qaçmayacaqlar. İnsanlar da ondan bir icra başçısı kimi razı idi. Getsinlər, arxivləri qaldırsınlar, baxsınlar, ondan neçə dənə ərizə gedib».

Gədəbəy rayonun sakini, Birinci Qarabağ müharibəsinin iştirakçısı Verdiyev Pənah də bildirdi ki, Saleh Rüstəmovun xidmətləri sayəsində Başkəndin ərazisi azad olundu. «Saleh bəy işlədiyi dövrdə ondan heç kəs narazı qalmayıb. O, yeganə icra başçısı olub ki, işlədiyi dövrdə Gədəbə rüşvət olmayıb. Heç kəs deyə bilməz ki, o, kabinetdə oturub, o həmişə postlarda olub. O vaxt zastavalara yol yox idi, ora yolları o çəkib. Saleh Rüstəmov günahsızdır, o azadlığa buraxılmalıdır».—0–

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button