2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Rüşvətxorluqla mübarizəni necə aparmalı?

Tibbi arayışlardan ötrü yığılan rüşvətin illik məbləği 3-5 milyon manata çatır

Qubad Ibadoğlu, ADR Hərəkatının sədri

Saytların yığılması Saytlarin yigilmasi

2009-cu ildə ABŞ-ın Şimalı Karolina ştatından ilk dəfə sürücülük vəsiqəsi almaq üçün müraciət edəndə imtahana başlamamışdan əvvəl məni təəccübləndirən cəhətlərdən biri də sağlamlıq durumunun yoxlanılması oldu. O zaman elə imtahan götürülən ofisdə sənədlərin qəbulundan sonra sadə tibbi yoxlamadan keçdim. Mikroskopa oxşar aparatdan baxanda gördüyüm rəqəmlər, hərflər və yol hərəkəti nişanlarını soruşmaqla həm gözümün görmə, həm də qulağımın eşitmə qabliyyətini yerindəcə müəyyənləşdirdilər. Bununla da sürücü üçün lazım olan sağlamlıq durumu dəyərləndirildi.
Azərbaycanda isə sürücülük imtahanına getməmişdən əvvəl tibbi arayış istənilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20 dekabr 2016-c il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş “Sürücülüyə yararlı olmaq barədə tibbi arayış” tələb olunur. Bu arayışın alınması üçün qandan, sidikdən analiz vermək, kardioloji, endrokonoloji, qinekoloji (xanımlar üçün) müayinədən kecmək, göz, burun, boğaz, qulaq və sair orqanlar yoxlanılmalıdır. Göüründüyü kimi, ABŞ-da yalnız gözün görmə və qulağın eşitmə qabliyyətinin imtahan götürülən yerdə yoxlanılması tələb olunduğu halda, Azərbaycanda sağlamlıq durumunun hərtərəfli dəyərləndirilməsi tələb olunur. Əslində, bu faydalaı olardı, əgər doğurdan da bu cür tibbi yoxlamalar ödənişsiz həyata keçirilsəydi. Amma belə yoxlamalar formal xarakter daşıyır. Polikilinkalar bu arayışı istənilən şəxsə yaşından və səhhətindən asılı olmayaraq 35-50 manata “satırlar”. Qiymət sövdələşmədən asılıdır.
Hər gün antkorrupsiya bəyanatı ilə çıxış edən hakimiyyətin belə klassık rüşvət formasını saxlamaqda marağı nədir? Məgər çox çətindirmi, korrupsiya mənbəyi olan bu cür hərtərəfli və mənasız yoxlamanı ləğv edib, sürücülük hüququ almaq istəyənlə üçün yalnız eşitmə və görməni, onu da imtahan götürülən yerdə mərkəzləşdirilmiş qaydada müəyyənləşdirələr? Niyə etmirlər? Kim mane olur? Orda yığılan pulların hara getdiyini bilsək, bu sualları cavablandırmaq asan olardı.
Bildiyim qədər eyni problemlərlə abuturiyentlər, tələbələr və hətta Universitetdə və digər təşkilatlada işləyənlər də qarşılaşırlar. Onlar da bu rüşvət fonduna ildə ən azı bir dəfə sərmayə qoyurlar. Təqribi hesablamalara görə, yalnız tibbi arayışlardan ötrü yığılan rüşvətin illik məbləği 3-5 milyon manatdan arasında dəyişir.
P.S.Yazı müəllifin Facebook səhifəsindən götürülüb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button