2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusyanın Türkiyədəki yeni səfirinin adı açıqlandı

Rusiyanın Privoljsk federal dairəsində prezidentin səlahiyyətli nümayəndəsi Mixail Babiç Rusiyanın Türkiyədəki yeni səfiri olacaq.

Publika.az xəbər verir ki, bu haqda Kremlə yaxın mənbələrə istinadən “Dojd” telekanalı bildirib.

Mənbələrin məlumatına görə, təyinat yeni ildə olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Telekanal qeyd edir ki, Rusiya parlamenti daha əvvəl Babiçin Ukraynaya səfir göndərilməsini bəyənib, amma Ukrayna tərəfi bu təyinatı rədd edib. Kiyev onda diplomatik təcrübənin olmadığını və Krımın Rusiyaya birləşməsi haqqında qərarın qəbul olunmasında iştirak etdiyini bildirib.

Babiçin təyinatı haqqında informasiyanı şərh edən Kremlin sözçüsü Dmitri Peskov bu barədə ilk dəfə eşitdiyini deyib.

Xatırladaq ki, Rusiyanın Ukraynadakı səfiri Andrey Karlov dekabrın 19-da Ankarada fotosərginin açılışında sui-qəsdə məruz qalıb. Diplomat aldığı çoxsaylı güllə yaralarından xəstəxanada həyatını itirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button