2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Ryugu adlı asteroidin yaşı Günəşin yaşından daha çox imiş

    2020-ci ilin sonunda Hayabusa-2 kosmik aparatının kapsulu Ryugu adlı asteroidin nümunələrini Yer kürəsinə çatdırmışdı. Yer kürəsinə çatdırılmış nümunələrin kimyəvi tərkibləri barəsində məlumatlar 2021-ci ilin sonunda ortaya çıxmağa başladılar. Bir neçə gün bundan öncə isə Ryugu asteroidindən çatdırılrmış nümunənin detallı analizi nəticəsində əldə edilmiş məlumatlar təqdim edildi. Əldə edilmiş məlumatlar arasında məlum olub ki, Ryugu adlı asteroidin yaşı bizim Günəşin yaşından daha çoxdur. Alimlərin hesablamalarına əsasən Günəş 4.5 milyard il bundan öncə qaz və toz buludundan formalaşıb. Günəşin formalaşmasından sonra qaz və toz buludunun yerdə qalmış qalıqları isə soyuyaraq planetlərə, peyklərə və asteroidlərə çevriliblər. Ryugu asteroidi bir qayda olaraq Günəşin formalaşmasına şərait yaratmış maddələrdən ibarətdir.

Saytların yığılması Saytlarin yigilmasi

    İlk əvvəl bu, tozdan və buzdan ibarət qaya parçası olub. Əldə edilmiş nümunələrin radiokarbon analizləri onu göstəriblər ki, asteroidin tərkibindəki radioaktiv materialların təsirləri nəticəsində buz əriyib və ərimə nəticəsində yaranmış su müəyyən müddətdən sonra buxarlanıb. Bu proses təqribi olaraq Günəş sisteminin formalaşmasından 5 milyon il sonra baş verib. Ryugu asteroidindən əldə edilmiş nümunələr dərin məsaməli materiallardır və onlar bizim Günəş sistemimizin formalaşdıığı ilk mərhələlərdə suyun olduğuna işarə edirlər. Bu isə öz növbəsində Yer kürəsinə suyun böyük miqdarının asteroidlər və kometlər vasitəsilə gətirildiyi nəzəriyyəsini təsdiqləyir. Bundan əlavə olaraq Ryugu asteroidində amin turşuları aşkar edilib. Söhbət, bioloji həyat növünün yaranması və dəstəklənməsi üçün lazım olan amin turşularından gedir.

24 saat” “Ryugu adlı asteroidin yaşı Günəşin yaşından daha çox imiş” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button