Loading...
Loading...
Şou

Şəbnəmdən “lüt şəkillərini yayaram” deyən müğənniyə cavab… – QALMAQAL

Prodüser Tolik ilə müğənni Şəbnəm Əsədovanın canlı efirdə Təranə Qumralı 720 manata 1 kiloqram alça aldığına görə tənqid etməsi yeni qalmaqalın əsasını qoyub. Belə ki, müğənni Təranə Qumral həmkarı ilə prodüserin ünvanına sərt fikirlər səsləndirib.

O, saytlardan birinə açıqlamasında Ş.Əsədovanı çılpaq fotolarını yaymaqla hədələyib: “Bir müddət öncə mətbuat dərc etdi ki, qadın alveri üstündə Şəbnəmi tutublar. Bundan danışım? Şəbnəmin məndə bir qəzetlik lüt şəkilləri var. Lazım gələrsə, o şəkilləri sizə təhvil verə bilərəm. O, yetim qızdı, istəmirəm ona toxunum. Mən faktlarla danışan adamam. Heç kimi topuğumdan yuxarı buraxmıram. Hətta onlardan danışdığıma görə utanıram. Şəbnəmin məndə yataqda şəkilləri var. Əsəblərimlə oynamasın. Əgər üstümə gəlməyə davam edərsə, bütün o fotoları yayımlayacağam. Getsin, özündən danışsın. Başqasının ərindən kəbinlə uşaq doğan adamdır. Bu boyda ayıbı olan insan Təranədən danışır? 25 ildir ki, Musayla ailəliyəm, mənim arxamda ərim var. Kimin sözü varsa, qarşıma çıxsın. Əlimdə faktlar da var”.

Ş.Əsədova T.Qumrala sosial şəbəkə vasitəsilə cavab verib.

O, bildirib ki, ifaçının Təranə Qumralla şəxsi qərəzliyi yoxdur: “Haqqımda yazılanlara fikir verməyin. Əhvalımı pozmaq istəmirəm. Kim nəyi neçəyə alırsa, öz işidir. Mənə nə? Mən öz işimdəyəm. Heç kimlə də işim yoxdur. Bəzən haqqımda boş-boş reytinq xətrinə yazırlar. Amma mən fikir vermirəm”.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button