Loading...
Loading...
Cəmiyyət

“Sədərək”də sahibkarlara zülm edirlər – Hər adama 7 min “task” qoyulub – AÇIQLAMA

“Sədərək” Ticarət Mərkəzinin Şirniyyat satış platformasında çalışan sahibkarlar TM-in rəhbərliyi tərəfindən sıxışdırılır.

Bu barədə adının çəkilməsini istəməyən sahibkar məlumat verib.

Bildirib ki, ticarət mərkəzinin rəhbərliyi sahibkarlara məlumat vermədən Şirniyyat platformasındakı mağazaları artırır.

“İyunun 1-də təmir etməyə başlayıblar. Bütün mağazaları şüşə ilə böyüdürlər. İndi isə gəlib sahibkarlara bildirirlər ki, təmir üçün xərclənən vəsaiti siz ödəməlisiniz. Birindən 5 min, birindən 6, başqasından 7 min manat istəyirlər. Ödəməyənlərin də obyektlərini, mağazalarını bağlayırlar.

Deyəndə pulu hissə-hissə verək, hədə-qorxu gəlirlər ki, yox, obyekti bağlayırıq. Bu məbləği 2, ya da maksimum 3 dəfəyə ödəməlisiniz. Əks halda, mağazanı bağlayırıq. Onsuz da iyunun 1-dən orada təmir gedir və obyekt bağlıdır. Mən oradakı obyektimi 2009-cu ildə almışam. İndi gəlib iki dəfə böyüdüblər, yəni məndə 12 kvadrat metr idi, indi isə 24 kvadrat metr olub. Bildirirlər ki, 7 400 manat pul verməliyəm. Deyəndə ki, hazırda bu qədər pulum yoxdur, hissə-hissə verim, deyirlər, “yox”. Həmin platformada 300-500 arası sahibkar fəaliyyət göstərir. Onlar da bu şəkildə sıxışdırılıb, incidilir. Obyektimdə heç 7400 manatlıq iş görülməyib. Yəni görülən işin qiyməti, maya dəyəri nədir, heç onu da bilmirik. Rəqəm deyib gedirlər ki, bunu verməlisən. Bu rəqəmi haradan almısan? Necə hesablamısan? Narazılıq edəndə Fövqəladə Hallar Nazirliyinin göstərişi olduğunu deyirlər. FHN bu göstərişi bazar üçün verib, demir ki, sahibkarlardan pul yığın. Özləri üçün yığırlar. Sonra deyəcəklər ki, obyektin ərazisi artıb, icarəni də artırırıq. Müqaviləmiz var. Almışıq, işləmişik. İndi gəlib bizdən soruşan, razılaşan yoxdur, amma iş görürlər. Bu vəsaiti bizdən alırlar, amma nə hər hansı bir qəbz, nə smeta verirlər” – o qeyd edib.

Ticarət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim saytımıza açıqlamasında bildirib ki, bu, sahibkarlarla razılaşdırılıb: “Bəziləri birdəfəlik, bəziləri isə hissə-hissə ödənişi edirlər. Bundan əvvəl də bəzi platformalarda artırmalar olub. Necə olur ki, indi şikayət edirlər?!” (Pravda.az)

24 saat” ““Sədərək”də sahibkarlara zülm edirlər – Hər adama 7 min “task” qoyulub – AÇIQLAMA” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  General Ehtiram Xəlilov həbs edildi, onun yerinə yeni təyinat var

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button