Now Reading:
“Sədaqəti bələdiyyə sədri qoymaq üçün Alışanovla 100 min manat vermişdik”

AzTV sədrinə sui-qəsd ittihamı və dləduzluq üzrə məhkəmədə şahid ifadələri dinlənildi

“Sədaqəti bələdiyyə sədri qoymaq üçün A.Alışanovla 100 min manat vermişdik. Həmçinin icra nümayəndəsini də işdən çıxartmaq istəyirdik. Məqsədimiz kəndi tam ələ almaq idi”.
24saat.org xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV QSC-nin sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov əkbərov deyib.

Onunla birlikdə təüsirləndirilən Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutub.

Prosesdə Ş.Əkbərovun hakimlər tərkibinə ötən iclasda verdiyi etirazı müzakirə edilib. Hakim etirazda qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığını əsas gətirərək, baxılmamış saxlayıb.
A.Alışanov və qızı Nigar məhkəməyə gələnədək prosesin təxirə salınması barədə Ş.Əkbərovun vəsatəti də müzakirəyə çıxarılıb. Hakim bildirib ki, zərərçəkən şəxslərə iştirak üçün bildiriş göndəriləcək.
Vəkil Ruslan Həsənov həmin şəxslər barəsində məcburi gətirilmə qərarı çıxarılması barədə vəsatət qaldırsa da, məhkəmə bu vəsatəti baxılmamış saxlayıb.

Daha sonra prosesdə şahidlər dindirilib. Şahid Həsənov Abı bildirib ki, Aqşindən başqa təqsirləndirilənlərin hamısını tanıyır. O, digər təqsirləndirilənlərlə eyni kənddən olduğunu deyib. Bildirib ki, oğlu Bəhruz Həsənovun adına olan olan 2,3 hektar torpağı hektarı 50 min manata Şücaətə satıb.
Şahid suallara cavab olaraq deyib ki, kənd icra nümayəndəsi işləyib və Şücaət onu işdən çıxartdırmaq istəyib:
“Arif Alışanovla rastlaşsaydım hər şeyi ona deyəcəkdim. Mənə Şücayətgil tərəfindən təzyiqlər olurdu, işdən çıxarıb yerimə öz yaxın adamını gətirmək istəyirdilər”.
Şücaət Əkbərov da onun dediyini təsdiqləyib. O bildirib ki, Arif Alışanovla birlikdə kəndi tam ələ keçirmək üçün rəhhbər vəzifələrə də öz adamlarını yerləşdiriblər.
Ş.Əkbərov əlavə edib ki, A.Həsənovdan alınan torpağın pulu tam verilib və torpaq A.Alışanovun sürücüsü Hacının adına sənədləşdirilib.

Şahid qismində Şücaət Əkbərovun qaynı Səlim Sadıqov ifadə verib. O, Şamaxının Qəleybuğud kəndində yaşadığını, Ş.Əkbərovla münasibətlərinin yaxın olmadığını, deyib.

Şahid suallara cavab olaraq bildirib ki, Şücaətin dələduzluq etməsi barədə məlumatı yoxdur. Onun sözlərinə görə, cəmi bir torpağın alqı-satqısında iştirak edib. Bildirib ki, Aqşin Hüseynov ondan pul götürərək, Şücaətə verib.
Vəkilin sualına cavab olaraq bildirib ki, Şücaət Əkbərov Arif Alışanovla tanış olmadan əvvəl də imkanlı olub, hər zaman vəzifədə işləyib, həbs edildikdən sonra isə əmlakları əlindən alınıb.
Zərərçəkmiş Dəyanət Cəfərovun sualına cavab olaraq şahid bildirib ki, Şücaət ona Alışanov üçün torpaq tapmasını istəyib və evinin yanında 12 hektar torpaq tapıb, alğı-satğıda iştirak edib.
Şahid Nəriman Cabbarov bildirib ki, 30 hektar torpağını Şücaətin va siktəsilə Hacı Babayevə 120 min manata satıb.
Şahd Həmzəyev Novruz, Əsgərov Səyahət, Nuralıyev Ayət İsmayılov Nəsimi, İsmayılov Sərdar şahid ifadələrində bildiriblər ki, Şamaxı və Kürdəmir rayonu ərzisində olan torpaq sahələrini sotu 500 manata Şücaətə satdıqlarını, Şücaətin hansı məqsədlə və kimin üçün aldığından xəbərsiz olduğunu və maraqlanmadıqlarını bildiriblər.
Şahidlərdən bəziləri bildiriblər ki, Şücaət onlara pul verən zaman Hacı Babayev də onun yanında olub.
Zərərçəkmiş H.Babayev belə bir şey olmadığını, pul verilməsindıə iştirak etmədiyini deyib.
Proses iyunun 1-də davam edəcək.

İttihama əsasən, Ş. Əkbərov Şamaxı və Kürdəmirdə torpaq sahələri almaq adı ilə A.Alışanovun təxminən 5 milyon manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. Onun avtomobilini Ağsu aşırımında vurub dərəyə Barəsində , bu baş tutmadıqda Alışanovu gülləmək planları olub. Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər bu plan üzərində işləyib. O, tanışları Musabi Namazov, Qoçalı Cəbiyevə bu haqda danışıb, Qoçalının vasitəsilə Zöhrab Şirinovu tapıb, onunla razılığa gəlib. Q.Cəbiyevlə M.Namazova söz verilib ki, onlar bu işin əvəzində 600 min manat pul qazanacaqlar. Arif Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onu, qızı Nigarı və sürücüsünü öldürmək planlaşdırılıb. İş materiallarında yazılıb ki, sonradan M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib. Ona görə də bu işi başqa bir adama həvalə etmək qərarına gəliblər. Q.Cəbiyev tanışı Z.Şirinovu tapıb, ona bu işin müqabilində 100 min manat vəd olunub. Bu dəfə plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd- Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Avtomobilin markası, nömrəsi haqda da məlumat verilib. Amma Alışanov gözlənilmədən öz avtomaşınında yox, başqa bir avtomobildə gedib. Növbəti dəfə isə Q.Cəbiyev əvvəlcədən ona nişan verilmiş «Toyota Land Cruiser» markalı avtomaşını özünün idarə etdiyi «Niva» ilə bir neçə dəfə arxa və yan hissəsindən vurub yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyib və sonda idarəetməni itirib. Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib. İttihamda yazılıb ki, 2017-ci ilin yanvarın 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahla öldürmək qərarına gəliblər, amma yenə plan baş tutmayıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.