Gündəm
Səfər Əbiyevin oğlu vəzifəsindən azad edildi

Azərbaycanın sabiq müdafiə nazirinin oğlu işdən çıxarılıb.
Bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bakının Xəzər rayon prokurorunun köməkçisi vəzifəsində çalışan Roman Əbiyev öz xahişi ilə tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, R.Əbiyev Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyevin oğludur. (Report)
24saat.org xəbər verir ki, Roman Əbiyevi 2011-ci ildə baş prokuror Zakir Qaralov Xəzər rayon prokurorunun köməkçisi vəzifəsinə təyin edib. Bundan əvvəl isə Roman Əbiyev Xəzər Rayon Prokurorluğunda müfəttiş kimi çalışıb.
Sabiq nazirin digər oğlu isə Vergilər Nazirliyində çalışır.