Xəbərlər

Səfir Litzenberger: “ABŞ şirkətləri müvafiq şəraitin olduğu yerlərə investisiya qoyacaqlar”

Loading...

Bakı/23.11.21 ABŞ məcburi köçkünlərin öz doğma yerlərinə qayıtması üçün səylərin dəstəklənməsi üzrə tədbirləri davam etdirir. Buraya ərazilərin minalardan təmizlənməsi üzrə addımlar, kənd təsərrüfatının inkişafına dair layihələr və sair daxildir. 1992-ci ildən Amerika məcburi köçkünlərin dəstəklənməsi üçün 125 milyon dollar ayırıb və bu yardım davam etdiriləcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger noyabrın 22-də keçirilən brifinqdə bildirib.

Amerikanın bir sıra şirkətləri minalardan təmizləmə prosesini sürətləndirilməsi üçün böyük təcrübəyə və xüsusi texnikaya, həmçinin avadanlığa malikdir. Hazırda onların minalardan təmizləmə prosesinə cəlb edilməsi üçün Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə danışıqlar aparılır, səfir qeyd edib.

Amerika şirkətlərinin Azərbaycanda iqtisadi layihələrdə iştirakının mümkünlüyündən danışan diplomat qeyd edib ki, ABŞ şirkətləri müasir texnologiya və avadanlıqların bütün növlərinə malikdirlər. Onlar azad edilmiş ərazilərin bərpasında iştirak da daxil olmaqla, müxtəlif sahələrə investisiya qoymağa hazırdırlar. “Onlar müvafiq şəraitin, ilk növbədə açıq tenderlərin olduğu yerlərə investisiya qoymağa hazırdırlar”, – səfir vurğulayıb. -02Â-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button