Now Reading:
Səfir: “Macarıstan və Azərbaycan strateji tərəfdaşdır”

“Macarıstan və Azərbaycan strateji tərəfdaşdır və iki ölkə arasında çox sıx əlaqələr var”.

APA-nın məlumatına görə, bu sözləri Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi deyib. O bildirib ki, iki ölkə arasında hökumətlərarası komissiyanın növbəti iclası bu il Macarıstanda keçiriləcək: “Bu tədbir ehtimal ki, ilin ikinci yarısında olacaq. Çünki hər iki ölkədə apreldə prezident seçkiləri keçiriləcək”.

Səfir qeyd edib ki, ötən il Macarıstandan Aəzrbaycana ixracın həcmi 12 faiz artıb, lakin Azərbaycanın ixracı çox böyük deyil: “Biz bu rəqəmlərin artmasında maraqlıyıq. Macarıstan Azərbaycan məhsullarını almağa hazırdır”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.