Siyasət
Səfir xarici jurnalistləri Qarabağdakı lokal antiterror tədbirləri ilə bağlı məlumatlandırıb

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “Avropa-Amerika Press-klubu”nun nümayəndələrini Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsindəki qanunsuz erməni birləşmələrinə qarşı həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə bağlı məlumatlandırıb.
“Report” xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə
“Avropa-Amerika Press-klubu”nun üzvlərini Parisdə qəbul etməkdən məmnunluq duydum. Azərbaycan, onun xarici siyasəti və beynəlxalq arenadakı rolu haqqında danışdım, son regional hadisələr, o cümlədən Azərbaycanın son lokal xarakterli antiterror tədbirləri ilə bağlı jurnalistlərin suallarını cavablandırdım”, – səfir qeyd edib.
Mənbə:Report