Xəbərlər

Səfirliyin xidməti avtomobilinə atəş açılıb

Bu il oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açıldığı bildirilir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) oktyabrın 12-də məlumat yayıb.

Məlumatda vurğulanıb ki, baş vermiş hadisə ilə bağlı dərhal Amerika Birləşmiş Ştatlarının (ABŞ) müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib: ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib…”.

XİN hesab edir ki, son zamanlar xarici ölkələrdəki Azərbaycan diplomatik nümayəndəliklərinə qarşı hücumlar (Paris, Beyrut və s.) sistemli xarakter daşıyır: “Təəssüflə qeyd edirik ki, nə son günlərdə baş vermiş hücumlar, nə də hələ 2020-ci ildə Avropa paytaxtlarında, habelə Los-Anceles şəhərində Azərbaycan diplomatik nümayəndəliklərinə,.. qarşı edilən hücumlarla bağlı açılan cinayət işləri çərçivəsində heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib”.

Hələlik, bu açıqlamaya ABŞ-ın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Amma son illər Azərbaycan səfirliklərinə hücumlardan sonra həmin ölkə rəsmilərinin məsələlərin araşdırıldığı ilə bağlı açıqlamaları olmuşdu. Təkcə bu il Parisdə, Beyrutda mülki şəxslərin belə hücumlarının olduğu, amma səfirlik əməkdaşlarından heç kimin xəsarət almadığı bildirilib.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Vaşinqton danışıqlarda konkret nəticə vəd edə bilməsə də...

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button