Now Reading:
Şəhərin mərkəzində etiraz aksiyası

Şəhərin mərkəzində etiraz aksiyası

Gözdən Əlillər cəmiyyətinin bir qrup üzvü paytaxtın Nərimanov rayonu ərazisində aksiya keçirib. Onlar Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevin qanunsuz əməllərindən şikayətlənib. Əlillər üçün nəzərdə tutulan evlərin başqalarına satılmasını bildiriblər. Bu barədə dəfələrlə məhkəmə proseslərinin keçirilməsinə baxmayaraq Səmyar Abdullayevin cəzadan kənarda qalmasını qeyd ediblər. Şikayətçilər bunu cəmiyyətin sədrinin İlham Əliyevə yaxınlığı ilə ləqələndirib.


Gözdən əlillər cəmiyyətinin nümayəndələri hadisə yerində çəkiliş edən əməkdaşımızın fəaliyyətinə maneə törətməyə də cəhd ediblər. Bəzi şikayətçiləri hədələməkdən də şəkinməyiblər.

azadliq.info

Input your search keywords and press Enter.