Xəbərlər

Şəhid anası niyə intihar etdi?

Loading...

Niyə şəhid anası intihara cəhd edib?

Bakı/26.10.21. 44 günlük İkinci Qarabağ Müharibəsində yeganə övladını itirən Vüsalə Məmmədova bu gün intihara cəhd edib.  By barədə Turan-a Məmmədovanın yaxınları bildiriblər.   

Yaxınlarının dediklərinə görə, o, hazırda Gəncədə  3 saylı xəstəxanadadır, durumu çox ağırdır.

Qohumlar bildirirlər ki, 2020-ci il oktyabrın 17-də  Kəlbəcər uğrunda gedən döyüşlərdə 21 yaşında şəhid olan Azər Həsənovun anası hazırda kirayədə qaldığı mənzilin pulunu ödəyə bilmir.

Bir il ərzində Gəncə İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova dəfələrlə müraciət etməsinə baxmayaraq, onu qəbul etməyib. Şəhidin nənəsi telefonla bildirib: “Qızım bezdi, adamı nə qədər aldadarlar. Hər dəfə qızımı qəbul edəcəyinə söz verən icra başçısı qızım binaya daxil olan kimi aradan çıxır və köməkçiləri “başçı burda yoxdur, gedin başqa vaxt gələrsiniz” deyirlər. Dərdimizi kimə deyək?”, – Məmmədovanın anası bildirib.

Şəhidin yaxınları xahiş edirlər ki, bu məlumat  paylaşılsın və ən azından bu zülmün ağırlığı altında inləyənlərin səsini çatdırmağa cəhd edilsin.  

“İşğaldan azad olunmuş bölgələrdə forslanıb poza verənlər, hərdənbir evinin çırağı sönən anaları da xatırlasınlar. O anaların minbir əziyyətlə böyütdüyü övladların qanı forsla gəzdiyiniz torpaqlarda qurumayıb hələ”, – şəhidin yaxınları etirazlarını ifadə ediblər.-05D- 

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button