Loading...
Loading...
Cəmiyyət

Şəhid qardaşının videosu qalmaqal yaşatdı: Baş Prokurorluq açıqlama verdi – VİDEOLAR

Baş Prokurorluq şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun sosial şəbəkələrdə yayılan videosu ilə bağlı məlumat yayıb.

Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dünən qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır: “Eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin”.

Xatırladaq ki, Sənan Əhmədov bir neçə gün öncə açıqlamasında “Kommando” bölüyünə keçmək üçün şəhid qardaşından 6 min manat rüşvət istənildiyi, onun bu pulu bankdan kredit olaraq götürdüyünü bildirmişdi. Bundan sonra Sənan Əhmədov faktın araşdırılması adı altında müvafiq orqanlara dəvət olunmuşdu. Amma o, gözlənilmədən dünən axşam yayılan videoda araşdırma apardığını və 6 min manatın ailədaxili məsələlərə xəcləndiyini bildirib. Sənan Əhmədov eyni zamanda artıq bu məsələnin üzərinə gəlinməsini istəmədiyini və qardaşının ruhunu incitməyin lazım olmadığını bildirib.

Sənan Əhmədovun bu videosu ictimaiyyətdə birmənalı qarşılanmayıb, bir çoxları onun buna məcbur edildiyini bildirib. Daha sonra insanlar etiraz olaraq Sənan Əhmədova qoşularaq heç bir səbəb olmadan üzr videoları yaymağa başlayıblar.

24 saat” “Şəhid qardaşının videosu qalmaqal yaşatdı: Baş Prokurorluq açıqlama verdi – VİDEOLAR” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Ziyad Səmədzadəyə ağır ittiham: 8 milyon ona çatıb...

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button