SEÇMƏ

Səhiyyə Nazirliyi: Binəli Yıldırım və digərlərinin vəziyyəti qənaətbəxşdir

Yayımlandı: 21 Oktyabr 2022 11:08

Hər üç şəxs Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər

Azərbaycanda səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər və həkim nəzarəti altındadırlar.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Mərkəzi Klinik Xəstəxanasına istinadən verilən məlumatda deyilir ki, hər üç şəxsin vəziyyəti qənaətbəxşdir. Həyatları üçün hər hansı bir təhlükə yoxdur, yaxın saatlarda onların evə yazılacağı gözlənilir.

Türkiyəli rəsmilər Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində işğaldan azad olunmuş bölgələrə gediblər.

Türkiyə mətbuatının məlumatına görə, onların olduğu avtomobil Cəbrayıldan dönərkən döngəni keçə bilməyib və qəzaya uğrayıb.

Binəli Yıldırımın qəzaya düşdüyü avtomobil. Mənbə: sosial şəbəkə

Qəza nəticəsində təhlükəsizlik yastıqları açılan avtomobildən çıxarılan B.İldırım təcili yardımla hadisə yerini tərk edib.

Oktyabrın 20-də Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan hava limanının açılışında iştirak edib.

Türkiyə dövlət başçısı Cəbrayıl şəhərində rəsmi qarşılanma mərasimindən sonra Azərbaycanın Prezidenti İlham Əliyevlə təkbətək görüşüb.

Binəli Yıldırım 2016-2019-cu illərdə Türkiyənin Baş naziri olub.

Meydan TV

Gözdən qaçırmayın:  “Praqa: sülhə gedən yolda əsas mərhələdir”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button