Now Reading:
Səhiyyə Nazirliyinin qaynar xətti niyə işləmir?

“Dedim bəlkə başları seçkiyə qarışıb”

Cəlilabad rayon sakini Pərviz Bayramlı azadliq.info-ya səhiyyə sistemində baş verən özbaşnalıq barədə məlumat verib. Onun bildirdiyinə görə 3 yaşlı oğlu Turan Bayramlı aprelin 10-da yüksək qızdırma nəticəsində bayılıb. Təcili rayon poliklnikasına gətirilən uşağa tibbi yardım edilsə də səhhətində dönüş olmayıb. Rayon Mərkəzi xəstəxanasına müraciət edən valideynə isə uşağı xəstəxanaya qəbul edə bimədiklərini deyibər. “Aprelin 10-da saat 15 radələrində uşağı koma vəziyytində rayon mərkəzi xəstəxanasına çatdırdım. Bir tibb baçısı bildirdi ki, biz qəbul edə bilmərik. Uşaq Şöbəsinə müraciət edin. Uşaq şöbəsinə getdim, heç bir həkim olmadı . Orada da bir tibb bacısı bizlik bir şey yoxdur deyib etinasız halda qapıdanqovan kimi bizi yola saldı. Məcbur qalıb uşağı qonşu Masallı rayon xəstəxanasına aparası oldum. Sağ olsun orada Məhəmməd adlı həkim uşağa yardım etdi. Amma uşaq hələ də yüksək qızdırma içindədir. Dünən bütün günü Cəlilabad mərkəzi rayon xəstəxanasına müraciət etsəm də heç kimi tapa bilmədim. Səhiyə Nazirliyinin qaynar xəttinə gün boyu zəng etdim. Amma cavab verən olmadı. Dedim bəlkə, başları seçkiyə qarışıb. Bu gün yenidən nə qədər zəng vursam da cavab verən yoxdur. İndi biz dərdimizi kimə deyək”,- deyə Pərviz Bayramlı bildrib.
Səhiryyə Nazirliyinin qaynar xətti kimi göstərilən nömrələrə zəng etdik, vətəndaşın haqlı olduğunun şahdi olduq. Göstərilən telefon nömrələrinin heç birinə cavab verən yoxdur.

azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.