2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Səhv edirsiniz, Lavrov Qarabağla bağlı elə söz deməyib”

Rusiya xarici işlər naziri Sergey Lavrovun “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili məsələsi deyil” açıqlaması Bakı və Moskva arasında gərginliyə səbəb oldu. Dünəndən etibarən həm rəsmi, həm də ictimai səviyyədə Lavrova etirazlar səsləndirilib.

Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Araz Əlizadə isə S.Lavrovun belə demədiyini iddia edib.

Publika.az-a açıqlamasında A.Əlizadə deyib ki, o, Lavrovun mətbuat kofnransına canlı şəkildə qulaq asıb:

Saytların yığılması Saytlarin yigilmasi

“Lavrov “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil” sözünü demədi. Dedi ki, işğal olunmuş Azərbaycan torpaqları əlbəttə ki, azad olunmalıdır, lakin müharibə yolu ilə yox. Çünki Rusiya atəşkəsin qarantıdır. Bu məsələni sülh yolu ilə həll edilməməsinin səbəbi də Minsk qrupunun həmsədrləri arasında fikir ayrılığının olmasıdır. Bu sözlər hara, siz dedikləriniz hara”.

“Bəs, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Lavrovun demədiyi sözlərə cavab verdi” sualına cavabında Milli Məclisin deputatı “Ya mən düz qulaq asmamışam, ya da yazan düz yazmayıb” deyə bildirib.

Münaqişənin həllinə gəlincə, A.Əlizadə hesab edir ki, yeganə yol müharibədir:

“Müharibə ilə işğal edilən torpaqlar sülhlə qaytarılmayacaq. Dünyada elə bir təcrübə yoxdur. Bunun ən eybəcər nümunəsi Fələstin məsələsidir. Nə Rusiya, nə ABŞ, nə də Fransa bu münaqişənin həll olunmasını istəmirlər Çünki onlar bu münaqişədən Azərbaycana qarşı təzyiq kimi istifadə edirlər”.

A.Əlizadə 1991-ci ildə “Vətən müharibəsi” modelini təklif etdiyini qeyd edib:

“Yəni Azərbaycanda bütün siyasi qurumlar buraxılır, Müdafiə Şurası yaradılır, hər kəs müharibəyə köklənir və düşmənə qarşı döyüş aparılır. O vaxt bu edilmədi. Bu gün isə Azərbaycanın güclü ordusu var və ordumuz ərazi bütövlüyümüzü bərpa etmək gücünə malikdir. Heç kimə fikir verməməli və müharibəyə başlamalıyıq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button