Şəki şəhər İH-da əlil və köçkün vətəndaşı təhqir etdilər -ŞİKAYƏT
Mehdi Həsənov: “ Şəki şəhər İCRA HAKİMİYYƏTİ yerlibazlıq, qohumbazlıq prinsipi əsasında fəaliyyət göstərir”
Şəki rayonunun Bolludərə kəndində yaşayan Məhəmməd Həsənov tərəfindən 24saat.org-a şikayət məktubu daxil olub. Yaşadıqları evin ötən ilin 4 sentyabr zəlzələsində yararsız hala düşdüyünü vurğulayan şikayətçi, ötən müddət ərzində hələ də mənzillə təmin olunmadıqlarını bildirib:
“Biz Şəki rayon Bolludərə kəndində yaşayırıq. Evimiz 2015 ci il sentiyabr ayının 4-də baş vermiş zəlzələ nəticəsində yararsız hala düşüb.
Komisiyanın özbaşnalığı nəticəsində bizim evimiz yenidən tikilmə işlərindən kənarda qalıb. Bu işlə əlaqədar olaraq aidiyyatı qurumlara ərizə ilə müraciət etmişik. Lakin bizim müraciətlərimiz cavablandırılmır. Hətta ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİnin məsul vəzifəli şəxsləri tərəfindən təhqirlərlə üzləşmişik. Bizim bu haqq uğrunda apardığımız işdə bizə kömək etməyinizi xahiş edirik”.
Mehdi Həsənov 24saat.org saytına ünvanladığı şikayətdə həm də onu bildirib ki, Şəki şəhər İH evləri ədalət prinsipi əsasında deyil, yerlibazlıq, qohumbazlıq, şəxsi maraqlar prinsipi əsasında tikir:
“Bizim evi qəzalı evlərin siyahısından çıxarıblar. Evi müəyyən adamlara tikirlər. İcra hakimiyyətinə gedirəm, məni təhqir edib qovurlar. Köçkünəm, bu evi dişimlə- dırnağımla tikmişdim. Həyat yoldaşım əlil, özüm də yaşlı kişiyəm, doqquz yerdən əməliyyat olunmuşam. Yağış başımıza yağır. Aylardır ki, işıqsız, susuz qalmışıq.
Burda evləri qohumbazlıqla, yerlibazlıqla tikirlər, bərpa edirlər. 7 aydan çoxdur evin çardağı, divarları aralanıb, işıqsız, susuz qalmışıq. Gözləyirik ki, bizim də evimizə əncam çəkəcəklər. İndi xəbər tuturuq ki, evimizi qəzalı evlərin siyahısından çıxarıblar.
Üzləşdiyimiz poblemlə əlaqədar olaraq saytınız vasitəsi ilə əlaqədar qurumlardan kömək istəyirik. Ümid edirik ki, aidiyyatı instansiyalar Şəki şəhər H-dən fərqli mövqe ortaya qoyacaq, əlil, köçkün ailəsininn qarşılaşdığı problemin həlli istiqamətində ciddi addımlar atacaqlar”.
Mövzuya yenidən qayıdacağıq…
24saat.org