AZ24SAAT.ORG

 
 
Now Reading:
Şəki sakini Rüşvət vermək üçün Prezidentdən pul istədi…

Şəki rayon sakini Rəhimə Novruzəliyeva qarşılaşdığı haqsızlıqla bağlı ölkə başçısına şikayət məktubu yollayıb. 24saat.org-a göndərilən məktub-şikayəti olduğu kimi yayınlayırıq.

Hörmətli cənab, Prezident!

Azərbaycan Dövlətinə yenidən rəhbərlik etməyə hazırlaşdığınız bir dönəmdə sizə müraciət edirəm. Xahiş edirəm, ölkənin hüquq-mühafizə orqanları və həkim adlanan ağxalatlıları tərəfindən “QORDİ DÜYÜNÜ”nə salmış həyatımı xilas edəsiz!

Artıq 11 ildir ki, Prezidenti olduğunuz ölkənin bir çox dövlət qurumlarında hüquqlarımın pozulmasına, haqlarımın tapdanmasına son verilməsinə göstəriş vermənizi xahiş edirəm!
Cənab Prezident!

Mən 1964-cü ildə Şəkidə doğulmuşam, milliyyəcə ləzgiyəm. Orta təhsilli, Azərbaycanın tam hüquqlu vətəndaşıyam. Azərbaycanın Əsas Qanunu -Konstitusiyaya əsasən Azərbaycan Dövləti mənim də hüquqlarımın təminatçısıdır.

Şikayətimin motivi: Təxminən iyirmi səkkiz yaşdan sonra Eşitmə Qabiliyyətim tədricən itməyə başladı. Nəticədə kar oldum. 02.03.2007-ci ildən “İkitərəfli Koxlear-Nevrit IV dərəcəli Ağır eşitmə” diaqnozu ilə II qrup əlil kimi qeydiyyatdayam.
Lakin aradan keçən 11 il ərzində ƏƏSMNnin aidiyyatlı qurumları tərəfindən “Eşitmə Cihazıı” ilə təmin edilməmişəm. Əvvəlki 6 ildə ƏƏSMN-ə eks nazir Füzuli Ələkbərov rəhbərlik edirdi. Daha sonra Siz sosial sahədəki problemləri nəzərə alıb Səlim Müslümovu nazir təyin etdinız. Amma bu təyinat da sosial sahədəki məlum problemləri azaltmadı. Mən hazırda da bu problemlər içindəyəm. Belə ki ötən 11 il ərzində hər 3 ildən bir məni bir komplekt “eşitmə cihazı “ilə təmin etməyə borclu olan ƏƏSMNi və nazirliyin müvafiq qurumları nədənsə mənim hələ də KAR və həmdə işsiz və kasıb, yoxsul vəziyyətdə 55 manat əlil müavinətin ümidində qalmağıma maraqlıdırlar. Cənab Prezident, düşünürəm ki, bu qanuna zidd marağın səbəbi mənə məlum olmasa da, cənab Müslümova və onun rəhbərlik etdiyi quruma mlumdur.
Üstəlik bu qanunsuzluq artıq 3 ildir mənim “Özünü Məşğulluq” layihəsindən kənarda qalmağıma səbəb olur. ƏƏSMNnin və tabeliyindəki digər aidiyyatlı qurumların məni “Eşitmə Cihazı”ilə təmin etməməsi, mənim ağır-maddi vəziyyətimi nəzərə almaması hansı qərəzin nəticəsidir, bilmirəm, amma bildiyim odur ki, bu vəziyyət vətəndaş olaraq məni Dövlətə və Dövlət Başçısına etimadsızlıq göstərməyə və “ETİRAZ AKSİYASI”NA başlamağıma səbəb ola bilər. Çünki mən artıq mövcud vəziyyətə dözə bilmirəm! Mənim belə ağır -maddi vəziyyətimin səbəbi aidiyyatlı dövlət qurumlarının səhlənkarlığı və qanunları kobud şəkildə pozmasının nəticəsidir.
Halbuki ƏƏSMNnin Beynəlxalq Əmək Təşkilatı(BƏM) ilə birgə reallaşdırdığı “”Özünü Məşğulluq””layihəsi mənim kimi vətəndaşların işlə təmin etmək məqsədi daşıyır. Şəki Məşğulluq Mərkəzi isə yenə də mənim KAR olmağımı və “”eşitmə cihazı” ilə təmin edilmədiyimi bəhanə gətirir!
Axı bu necə olur, birilərinə dəfələrlə həm ev, həm maşın verilir, hər il müalicə-sanatoriyalarına göndərilirlər amma mənə qarşı bu qədər kobud diskriminasiyaya yol verirlər? Görəsən, səbəb nədir?
Bu qanuna zidd münasibətdə heç bir bəhanə keçərli deyil! Əsas səbəb üzə çıxarılmalıdir!

Cənab Prezident!
Mən ilk dəfə 27.05 2016 cı il tarixində Respublika Ortopedik-protez Mərkəzinə getdim. Surdoloq rəyini təqdim etdim. Orada mənə bir neçə “eşitmə cihazı”nı qulağına qoyub yoxladılar. Lakin heç bir cihaz mənə səsləri eşitdirmədi.
Daha sonra 2017-ci ilin Oktyabr ayında mətbuat vasitəsilə Nazir Səlim Müslümova müraciət etdim. Məni RPOMə dəvət etdilər. Yenə bir neçə “eşitmə cihazı” yoxlanıldı lakin bu dəfə də mənə səsləri eşitdirəcək cihaz tapılmadı.
Üçüncü dəfə 22 noyabr 2018 tarixində yenidən RPOMə dəvət etdilər. Bu dəfə mənə üzərinə””qəlib”” qoyulmuş eşitmə cihazını demək olar ki, zorla verdilər. Rayona qayıdıb rahat şəkildə öz evimdə Cihazı qulağıma qoydum. Lakin cihazın yararsız olduğu və üstəlik Kompyuterlə müdaxilə edildiyi məlum oldu. Mən dərhal Şəki TSEK müdürünə və ROPMnin müdürü Asif doktora zəng edib “eşitmə cihazının”” yararsız olduğunu söylədim. Daha sonra “eşitmə cihazı”nı poçt vasitəsilə geriyə ROPMə qaytardım. Bu günə qədər də “”eşitmə cihazı”ilə təmin edilməmişəm.

DAHA BİR ŞİKAYƏT: Şəki MRXnın Poliklinika şöbəsinin həkimi özünü professor adlandıran Etibar Əsabəli oğlu Kərimovun səhlənkarlığı və savadsızlığı səbəbindən 11.06 .2012 tarixdə “Qastroendoskopik” müayinənin göstərdiyi “Qastrit””diaqnozu 3 il 3 aylıq müalicədən sonra məlum oldu ki, tamamilə başqa üç xəstəliyə çevrilib:1)Hyatal Yırtıq -3sm.”)Eroziv Bulbit–II dərəcə.3)Antrumda Fundusta Qastritə çevrilib..(Faktlar qalır)Özünü professor sayan Etibar Kərimovun üzərimdə qanunsuz eksperiment keçdiyi məlum oldu.
Həmin ərəfədə daha bir diş həkimi Ələkbər Fərrux oğlu Şaxməmmədov səhhətimə bilərəkdən zərər vurdu.Belə ki qabaq üst dişlərimin boş qalmış yerinə “Metallik Keramika Körpü”qoydurmaq üçün adıçəkilən həkimə müraciət etdim. Rentgenin göstərdiyi İltihablı Damağa “qara metallik keramika”qapaqları yerləşdirib Üst Çənə sümüyümü zədələyib.Sağlam dişlərimi də çəkdirdim canımı qurtara bilmədim.Hər iki həkimdən sağlamlığıma vurduqları zərəri tələb etdim.Lakin onlar bundan imtina etdilər.Sağlamlığıma zərər vuran ,üzərimdə qanusuz EKSPERİMENT keçən həkimlərdən Şəki Prokurorluğuna 19.11.2015 tarixində rəsmi şikayət etdim.
Lakin Hüquq -Mühafizə Orqanlarındakı özbaşınalıq Qanunların pozulması Vətəndaşları haqlı şikayətlərini hansısa neqativ yollarla ört-bas edən Şəki Prokurorluğu Şəki Rayon Məhkəməsi Şəki Apellyasiya Məhkəmələri mənim həyatımı – taleyimi “QORDİ DÜYÜNÜ“nə saldılar.
Cənab Prezident!

Ən dəhşətlisi odur ki artıq 3-cü ildir Azərbaycanın bütün xəstəxanalarında bütün ağxalatlıları mənə qarşı birləşiblər. Onlar bütün iyrənc və qanunsuz yollarla öz həmkarlarının cinayətini ört-bas etməlk üçün mənim sağlamlığıma vurulan zərəri DANIRLAR! Hətta o dərəcədə ki Mirqasımov adına Respublika Klinik Xəstəxanasında diaqnozuma uyğun RƏY yazmaq üçün də məndən rüşvət istədilər. Adıçəkilən hüquq-mühafizə orqanları isə Azərbaycan Dövlətinin bütün qanunlarına tüpürərək “”get kimə istəyirsən şikayət elə”” deyib 3 ildir məni bütün ölkəboyu təqib etdirirlər.
Cənab Prezident! Deyin, mən kimə şikayət edim? Azərbaycanda sizdən yuxarıda şikayət ediləcək səlahiyyət sahibi yoxdur axı!
Xahiş edirəm mənim “eşitmə cihazı”ilə təmin olunmam və Azərbaycan həkimləri tərəfindən sağlamlığıma vurulan zərərin normal müalicə olunmaqla aradan qaldırılması, savadsız və səriştəsiz həkimlərə şirinlik vermək üçün lazım olan cüzi vəsaiti ayırasınız.

Hörmətlə Rəhimə Novruzəliyeva

Şəki şəhər,31-ci rayon M.Ə.Rəsulzadə prospekti 168\21

QR:  <?php the_title(); ?>

1 comment

  • 24saat

    Salam ! Mən belə bir məlumat oxumuşam ki, təqaüdə cixandan sonra 6 il fasiləsiz işləyən vətəndaşın təqaüdündə artım olmalıdır. Amma bu artım mənə şamil edilməyib. Bu barədə məlumat vermənizi xahiş edirəm. Məlumat ücün bildirirəm ki , 2006 – cı ilin iyun ayında təqaüdə cıxmışam və 2012 -ci ilin avqust ayına qədər işimi davam etdirmişəm.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.