Now Reading:
Şəki sakinləri torpaqların zəbt olunmasına etiraz etdiyi üçün həbs olunub

Şəki sakinləri torpaqların zəbt olunmasına etiraz etdiyi üçün həbs olunub

Şəkinin Bolludərə kəndində torpaqlarının qanunsuz ələ keçirilməsinə etiraz edən 3 nəfər avqustun 27-də həbs olunub. Bu gün onların məhkəməsidir. Həbs olunanlar bunlardır: Rüstəmov Sahib Paşa oğlu, Murad Süleymanlı və Ramiz Süleymanlı. Onların hər üçü dünəndən polisdə saxlanılıblar.

Kənd sakinləri şənbə günü zəbt olunan torpaqlarda şumlama işlərinin başlanmasını görüb, traktorçuya yaxınlaşıblar, torpaqların onu işə götürən adamlara məxsus olmadığını deyiblər. Söhbətdən sonra traktorçu həmin sahədə işləməkdən imtina edib.

Bundan sonra polis bazar günü Sahib Paşayevi və digər kənd sakinlərini “söhbətə” çağırıb və könüllü olaraq oraya gedən sakinləri polisə müqavimət adı ilə saxlayıb.

Məlumatı Sahib Paşayevin qızı Aysel Paşazadəyə istinadla jurnalist Xədicə İsmayıl feysbukda yayıb.

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.