Loading...
Loading...
ÖLKƏ

Şəkidə hakimiyyət nümayəndələri ilə dindarlar arasında qarşıdurma olub

Bu gün Şəkidə yerli hakimiyyətin nümayəndələri ilə dindarlar arasında qarşıdurma olub. Hadisənin şahidləri olan rayon sakinləri bildiriblər ki, Xan məsidinə rayon Turizm İdarəsinin rəhbəri gələrək məscidin boşaldılmasını tələb edib. Turizm İdarəsinin rəhbəri tələbini məscidin muzeyə çevrilməsi haqqında qərarın olması ilə əsaslandırıb.
Bu tələbə dindarlar etiraz edəndən sonra qarşıdurma yaranıb və nəticədə əraziyə yeridilən polis qüvvələri dindarlardan ikisini saxlayıblar. Saxlanılanlardan biri Lətifov Cabir adlı şəxsdir.
Bir müddət sonra onların azad edilməsi xəbəri yayılıb.
Hazırda ərazi polisin nəzarəti altındadır.

azadliq.info

Gözdən qaçırmayın:  CanlıUkraynaya hücumun 7-ci günü. Kiyevə raket zərbələri endirilir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button