Xəbərlər

Şəkidə məktəbdə boykot (Video)

Şəkinin Cəfərabad kənd tam orta məktəbinin bir çox müəllimlərinin oktyabrın 4-də dərsləri boykot etdikləri deyilir. Üstəlik, həmin məktəbdə oxuyan bəzi şagirdlərin valideynlərinin də həmin aksiyaya qoşulduğu bildirilir.

Valideynlərin birinin “Turan”a verdiyi məlumata görə, boykotun səbəbi məktəbin direktoru Rahim Salamovdur. Onun vurğulamasına görə, R.Salamovla müəllimlər arasında dərs saatlarının verilməsinə görə narazılıq var.

Şikayətçi əlavə edir ki, bu səbəbdən müəllimlər dərsi normal keçmir: “Bəzi valideynlər buna görə öz uşaqlarını “dörd yol” deyilən yerdə yerləşən məktəbə verməyə məcburdurlar. Bu da əlavə yol pulu və xərc deməkdir. Üstəlik də, məktəb uzaqdadır deyə, valideynlər uşaqlardan narahat qalır. Kənddə məktəb varkən biz niyə uşaqları başqa məktəbə göndərməliyik?”.

Valideyn deyir ki, ötən tədris ilinin sonunda direktor R.Salamov bu məktəbdən uzaqlaşdırılıb: “Tədris ilinin əvvəlində də deyilib ki, direktor əvəzi olacaq. Amma oktyabrın 3-də Rahim Salamov yenə məktəbə gəlib deyib ki, direktor mənəm”.

Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbəri Mahal Məmmədov isə agentliyə bildirilib ki, deyilən məsələ ilə bağlı araşdırma aparılır və ictimaiyyətlə əlavə məlumat veriləcək.

Agentliyin xəbərinə görə, R.Salamovun özü isə şikayətlər ilə bağlı açıqlama vermək istəməyib.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  İlham Əliyev İsrailin müdafiə nazirini qəbul edib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button