Loading...
Loading...
24 saat

Şəkidə polis intihar etdi

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 9-u axşam saatlarında rayonun Turan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Həsrət Fəxrəddin oğlu Əliyevin meyiti yaşadığı ünvanda asılmış vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb. Dörd uşaq atası olan Həsrət Əliyevin intihar etməsi məlum olub.
Məlumatda bildirilir ki, polis çavuşu Həsrət Əliyev DİN-nin Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsində işləyib.
Onun 4 övladından biri ağır xəstə olduğu deyilir. Bildirilir ki, beyin iflicindən əziyyət çəkən uşağın vəziyyəti atasında böyük gərginlik yaradırmış. Bundan başqa onun banka kredit borcunun olması da üzə çıxıb.

H.Əliyevin konkret hansı səbəbdən intihar etməsi isə hələlik tam aydınlaşmayıb və faktla bağlı Şəki rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir.

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button