Dünya
Şəkil çəkdirmək istəyən kişinin səhvi baha başa gəldi! Əl əyləcini basmağı unutduğu avtomobil gölə uçub

Fotosessiyadan sonra Metin Dəmirəl həyatının şokunu yaşayıb. Maşını saxladığı yerdə görə bilməyən Dəmirəl maşının gölə uçduğunu anlayıb. Metin Dəmirəl Bolu Bələdiyyəsi Xilasetmə Qrupu, Təbiəti Qoruma və Milli Parklar qruplarından kömək istədi.
Hadisə yerinə çağırılan dalğıc gölə dalaraq nəqliyyat vasitəsinin yerini müəyyənləşdirib. Kran vasitəsi ilə göldən çıxarılmağa çalışılan avtomobil kəndirə bağlanıb. Kəndirlə bağlanmış avtomobili çıxarmaq üçün ilk xilasetmə əməliyyatı kəndir qırıldığı üçün uğursuzluqla nəticələnib.
İkinci xilasetmə əməliyyatında avtomobil kranın köməyi ilə göldən çıxarılıb. Avtomobilin salonu su ilə doldu. Avtomobilə külli miqdarda ziyan dəyib.