Now Reading:
Səlim Müslümov 2003-cü ildə nə gəzir?

Səlim Müslümov 2003-cü ildə nə gəzir?

Nemət Əliyev

Əmək pensiyalarının orta məbləği Rusiyada 244 dollar, Azərbaycanda isə 122 dollardır. Qonşu Rusiyadakı qədər pensiya ala bilməkdən ötrü bizim pensiyaçılarımız azı 15 il gözləməlidirlər…

Yenə də ictimai fikri azdırmağa çalışırlar. Bundan ötrü Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümov 2003-cü ilə də qayıtmalı olub. Nazir deyir ki, əmək pensiyalarının orta məbləği 2003-2017-ci illərdə 11,3 dəfə artaraq 208,36 manata çatıb və bu, əhalinin sosial müdafiəsinə xüsusi qayğının növbəti təzahürüdür…

Əvvəla, deyim ki, bu sonuncu iki rəqəmin müqayisəsi hazırkı hökumətin köhnə libasdakı pensiya siyasətinin hansı biabırçı vəziyyətdə olmasına bariz şəkildə aydınlıq gətirir: ömrünü əmək cəbhəsində xərcləmiş yaşlı insanlara 15 il əvvəl hökumət indiki pulla 20 manat 44 qəpik verirdi. Təsəvvür edib nəticə çıxarmaq baxımından bu rəqəm özlüyündə çox şeyi ortaya qoyur.

İkincisi, 208,36 manatlıq pensiya məbləğinin özü aylıq ehtiyacları qarşılamaq baxımından elə də ciddi bir məbləğ deyil, 122 dollar ekvivalentindədir. Bahalaşma hazırkı pensiya məbləğinin alıcılıq qabiliyyətini kəskin şəkildə öldürüb.

Üçüncüsü, haqqında danışılan 2003-2017-ci illərdə Rusiyada əmək pensiyalarının orta məbləği 11,3 dəfə deyil, 7,2 dəfə artıb. Amma bu 7,2 dəfəlik artımla Rusiyada əmək pensiyalarının orta məbləği 244 dollara yüksəlib. Yəni, bu gün qonşu ölkədə pensiyaçılar bizim pensiyaçılarımızla müqayisədə 2 dəfə çox alırlar. Rusiya pensiyaçılarının bu gün aldığı pensiya məbləğini ala bilməkdən ötrü bizim pensiyaçılar bu gedişatla azı 15 il də gözləməlidirlər.

Bu səbəblərdən hazırkı pensiya məbləği ilə öyünməyə, təbliğat etməyə və ictimai fikri çaşdırmağa dəyməz.

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.