2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Səlim Müslümov: İlin ilk rübü 31 iş qəzası olub

”İşəgötürənlər işçilərin təhlükəsizliyinin mühafizəsi qaydalarına əməl etmir”

Saytların yığılması Saytlarin yigilmasi

“İlin birinci rübündə 31 bədbəxt hadisə baş verib. Bunun çoxu tikinti sektorunun payına düşür. İki fakt qrup halında baş verən hadisələrdir. Bu hadisələr zamanı 10 nəfər həyatını itirib”.

APA yazır ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O, 28 aprelin əməyin mühafizəsi günü olduğunu bildirib.

Deyib ki, Əmək Müfəttişliyinin apardığı yoxlamalar il yarımdan çoxdur dayandırılıb. Son dövrlərdə işəgötürənlər nəzarət sistemini nəzərə almır: 

“Nəticədə ölənlərin sayı artıb. Mühafizə vasitələrindən istifadə halları azalıb. Qanun işəgötürənləri məcbur edir ki, onlar işçilərin təhlükəsizliyi üçün bu vasitələrdən istifadə etsinlər. İşçiləri əmək təhlükəsizliyi qaydaları ilə tanış etsinlər, gündəlik olaraq onlara bu barədə məlumat versinlər. Təəssüf ki, bunlar edilimir. Bunun bir səbəbi də ölkədə Əmək Məcəlləsi əsasın Əməyin Təhlükəsizliyi Fondunun yaradılmasının nəzərdə tutulmasına baxmayaraq, bu orqanın yaradılmamasıdır. Hazırda bunun üzərində iş gedir. Hesab edirəm ki, yaxın vaxtlarda əməyin istehsalatda baş verən bədbəxt hadisələrdən məcburi sığortalanması hesabına Əməyin Təhlükəsizliyi Fondunun formalaşması məsələsi öz əksini tapacaq”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button