Now Reading:
Səlim Müslümov məşhur şöbə müdirini işdən çıxardı – Daha aşağı vəzifəyə təyin etdi

Səlim Müslümov məşhur şöbə müdirini işdən çıxardı – Daha aşağı vəzifəyə təyin etdi

Əmək və Əhalinin Sosil Müdafiəsi naziri Səlim Müslümov nazirliyin şöbə müdirini işdən çıxarıb.

Bizim Yol xəbər verir ki, Nazirliyin Aparatının Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev vəzifəsindən azad olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov müvafiq əmr imzalayıb. Nazirin digər əmri ilə Saday Abdulayev daha aşağı vəzifəyə, nazirliyin Zabrat qəsəbəsində yerləşən sosial reabilitasiya mərkəzləri və sığınacaqlar kompleksinin rəhbəri təyin edilib.

Qeyd edək ki, Saday Muraday oğlu Abdullayev 1975-ci ildən müxtəlif səhiyyə müəssisələrində həkim kimi fəaliyyət göstərib. Son 8 ilə yaxın dövr ərzində əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillərin sosial müdafiəsi siyasəti şöbəsində baş məsləhətçi, sonralar isə şöbənin müdir müavini-tibbi sosial ekspertiza və əlillərin reabilitasiyası məsələləri sektorunun müdiri vəzifələrində çalışıb

 

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.