Now Reading:
Səlim Müslümovdan absurd rekord

Səlim Müslümovdan absurd rekord

Nazir bir neçə saat ərzində 5 rayondan olan şikayətçiləri qəbul etməklə bu “uğur” a imza atdı

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağcabədi rayonunda həmin rayonun və Bərdə, Tərtər, Ağdam, Laçın rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müraciətlər əsasən imtiyazlı kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzillə, reabilitasiya xidmətləri ilə təmin edilməsi, məşğulluq, sosial təminat növlərinə hüququn müəyyən olunması, pensiya və sosial sığorta münasibətləri, aktiv əmək bazarı proqramlarına cəlb edilmə, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı olub. Bütün müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara hüquqi izahatlar verilib.

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.